Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası

iyun  2014

2014-cü ilin iyun ayında Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2 iclası keçirilmişdir. Birinci iclas zamanı əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğunun təmini sahəsində görülmüş işlərin təhlili və görüləcək işlərin müzakirəsi aparılmışdır.

İkinci iclas zamanı isə rayon  ərazisində qanunçuluq və  asayişin qorunması   sahəsində görülmüş işlərin  vəziyyəti  təhlil edilmişdir.

Nəsimi rayonu ərazisində 2014-cü ilin iyun ayı ərzində görülmüş işlər barədə

M Ə L U M A T

İyun ayı ərzində Nəsimi rayonunda Proqrama uyğun olaraq 147 və 174 saylı körpələr-evi uşaq bağçalarında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində əsaslı təmir işləri davam etdirilir.

      “2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar 23 saylı tam orta məktəbin sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşası yekunlaşmaq üzrədir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonu ərazisində görüləcək abadlıq və yenidənqurma işləri müəyyənləşdirilmişdir. Rayonun Moskva və Azadlıq prospektlərində, A.Salamzadə, M.Qasımov, M.Cəlal, S.Vurğun, Ş.Əzizbəyov və R.Zorge küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqda, binalara üzlük daşları vurulmaqdadır. Həmçinin rayonun Tbilisi, Vaqif və Azadlıq prospektlərində, S.Vurğun küçəsində və digər ərazilərdə yaşıllaşdırma işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 78 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 2567 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 40 ədəd 1 sayğaclı, 8 ədəd 4 sayğaclı, 3 ədəd 6 sayğaclı SMS tipli panel quraşdırılmışdır.
TM-lərin dam örtükləri təmir olunmuş ətrafı abadlaşdırılmış, dispetçer adları təzələnmişdir.
44, 58, 81, 106, 154, 183, 310, 426, 440, 444, 452, 463, 552, 611, 616, 771, 1031, 1059, 1405, 1421 saylı TM-lərin  yuvalarında elektrik avadanlıqları təftiş edilmişdir.
88 saylı yarımstansiyada 6 kv-luq EAQ paneli quraşdırılmışdır. “Dağlıq yarımstansiya” –da 10 TM-2809, TM-633, TM-Nəsimi nömrə 1, 2 kabel xətti V/A-rı təmir olunmuş, 2 saylı 40 mVA transformatorun sınağı olmuşdur. 99 saylı yarımstansiyada 10 kv-luq TM 723 №2, 233 №2 V/A-rı cari təmir olunmuş, 1 saylı 25 MVA avadanlığı və 635 kVA XSTr-ru cari təmir olunmuşdur. 101 saylı yarımstansiyada 35 kv-luq “Gilan-101” nömrə 1, 2 kabel xəttinin El.QA avadanlığı cari təmir olunmuşdur.
İyun ayı ərzində 534 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün müxtəlif ünvanlarda müxtəlif diametrli 155 m qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, müxtəlif diametrli ümumilikdə uzunluğu L-282 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 22 ədəd vintil quraşdırılmış, 2 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd təmir edilmişdir.
       Nasos stansiyalarında 2 ədəd nasos avadanlığı, 1 dəst elektrik mühərriki, 2 elektrik avadanlığı təmir olunmuşdur.
391 ədəd yağış barmaqlıqları, 261 ədəd kanalizasiya nəzarət quyusu, 3874 p.m. fekal kanalizasiya şəbəkəsi və 789 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 42 p.m kanalizasiya xətti təmir edilmişdir.
1 saylı İSİS-nin ərazisində iyun ayında tədbirlər planına uyğun olaraq təmir –bərpa işləri davam etdirilir. RİQ-1-də qazanxana binasının fasad hissəinin təmirinə başlanılmışdır. 90, 156, 232 və 500 saylı qazanxanalarda istilik mübadilə aparatları açılaraq mexaniki və kimyəvi üsulla təmizlənmişdir. 308 və 339 saylı qazanxanalarda yeni yumşaldılmış su çənləri olan qoyularaq sistemə qoşulmuşdur. 22 ədəd istilik kamerası təmizlənmiş, siyirtmələr təftiş olunmuşdur. ABŞ səfirliyinin arxasında aparılan təmir işləri ilə əlaqədar olaraq D-159mm L-320m boru yenidən təmir olunaraq hidravlik təzyiqlə yoxlanılmışdır. 18/46, 81, 99, 138, 339 və 366 saylı qazanxanalarda payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq hidravlik təzyiq altında “Azəristiliktəchizat”ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

 

Nəsimi rayonunda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyaların 2014-cü ilin 5 ayı ərzində gördüyü işlər barədə  

M Ə L U M A T

Rayonda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramını”nı rəhbər tutmuşdur. 
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 02-07 saylı, 15.01.2014-cü il tarixli məktubuna müvafiq olaraq rayon komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunmuşdur.
Iş planına uyğun olaraq komissiya tərəfindən 2014-cü ilin 5 ayı ərzində müvafiq işlər görülmüşdür:
Belə ki, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirmişdir. 
Yanvar ayında rayon ərazisində yerləşən 164 saylı orta məktəbdə “Narkotiksiz Azərbaycan” fevral ayında 151 saylı orta məktəbdə “Narkomaniya və Cinayət”, mart ayında 19 saylı orta məktəbdə “Biz narkomaniyadan uzaq olmalıyıq”, aprel ayında 28 saylı orta məktəbdə “Alkoqolizm və markomaniya”, may ayında 42 saylı orta məktəbdə “Narkotik qəbulu sağlamlığı təhlükə altında qoyur” mövzularında seminarlar, diskusiyalar, dəyirmi masa, inşa yazı və rəsm müsabiqələıri keçirilmişdir.
Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə şagirdlər arasında bilik yarışları, müsabiqələr, idmanın ayrı-ayrı növləri üzrə yarışlar və tarixi əhəmiyyətli yerlərə ekskursiyalar təşkil edilmişdir.
Tədbirdə fəal iştirak edən şagirdlər yüksək qiymətləndirilmişdir. 
Bundan əlavə, komissiya tərəfindən 2014-cü ilin 5 ayı ərzində gənclər arasında narkomanlığın qarşısının alınması  və gəncləri digər neqativ hallardan uzaq tutmaq üçün maarifləndirmə işləri aparılmışdır.
Rayon ərazisində yerləşən ali təhsil müəssisələrində - yanvar ayında Bakı Slavyan Universitetində “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”,  fevral ayında Azərbaycan Universitetində “Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri”, mart ayında Azərbaycan Dövlət Neft Akademiyasında “Uşaq və gənclərin narkomanlıqdan qorunması”, aprel ayında Azərbaycan Dillər Universitetində “Gənclərin Reproduktiv sağlamlığı”, may ayında Azərbaycan Tibb  Universitetində “Azərbaycan gəncləri narkotiklər əleyhinədir” mövzularında dəyirmi masa, elmi-praktik seminar, diskusiyalar, inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.
Bundan əlavə 2014-cü il 2 fevral tarixində “Azərbaycan Gənclər günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində Tələbə Gənclər Təşkilatı ilə birgə “Gznclik ömrün baharıdır” ədəbi bədii tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Baş Nazirin müavini cənab Əli Həsənovun imzası ilə daxil olmuş 29.12.2013-cü il tarixli, 29/11-99 saylı məktubla əlaqədar 02.02.2014-cü il tarixdə “İki sahil” qəzetində rayon komissiyası tərəfindən “Narkomaniya qlobal fəlakətdir” mövzusunda məqalə dərc edilmişdir.
“Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiya tərəfindən 2014-cü ilin 5 ayı ərzində (2 dəfə) 66 vətəndaşdan müsadirə edilmiş 1179,88 qram narkotik maddələr komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır. Bunlardan 26,899 qram heroin, 1048,59 qram qurudulmuş marixuana , 52,52 qram həşiş qətranı, 51,871 qram tiryək olmuşdur. 
2014-cü ilin 5 ayı ərzində Nəsimi rayonu ərazisində rayon Polis İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəs ilə bağlı 74 cinayət hadisəsi qeydə alınmış, onlardan 5 fakt satış məqsədilə, qalan 69 fakt isə bu maddələrin saxlanması üzrə olmuşdur.   
Dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin ümumi çəkisi 27 kq 33 qram olmuşdur. Bunlardan 488 qram heroin, 25 kq 725 qram marixuana, 778 qram tiryək, 42 qram həşiş qətranı olmuşdur.
Dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin ümumi çəkisi 27 kq 33 qram olmuşdur. Bunlardan 488 qram heroin, 25 kq 725 qram marixuana, 778 qram tiryək, 42 qram həşiş qətranı olmuşdur.
Əldə etdiyimiz mlumata əsasən, 2014-cü ilin 5 ayı ərzində Narkoloji Dispanserdə 1343 nəfər narkoman, 10 nəfər toksoman qeydə alınmışdır. Qeydə alınmış narkomanlardan 53 nəfərini qadınlar təşkil edir, 26 nəfəri isə profilaktik müayinədən keçmişdir.   
Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı idarə, müəssisə və vətəndaşlara müraciətlər edilir. Rayon komissiyası bu sahədə işlərini daha da gücləndirərək rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon komissiyası bundan sonra da Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomalığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirəcəkdir. 
 

 

 

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası

may  2014

2014-cü ilin may ayında Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2 iclası keçirilmişdir. Birinci iclas zamanı rayon təsərrüfatında 2013-2014-cü illərin payız-qış mövsümündə görülmüş işlərin təhlili, 2014-2015-ci illərin payız -qış mövsümündə görüləcək işlərin müzakirəsi aparılmışdır.

İkinci iclas zamanı isə rayonda əhalinin sağlamlığının, ərazinin sanitar epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlil edilmişdir.

Nəsimi rayonu ərazisində 2014-cü ilin may ayı ərzində görülmüş işlər barədə

M Ə L U M A T

May ayı ərzində Nəsimi rayonunda Proqrama uyğun olaraq 147 və 174 saylı körpələr-evi uşaq bağçalarında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində əsaslı təmir işləri davam etdirilir.

46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonu ərazisində görüləcək abadlıq və yenidənqurma işləri müəyyənləşdirilmişdir. Rayonun Moskva və Azadlıq prospektlərində, A.Salamzadə, M.Qasımov, M.Cəlal, S.Vurğun, Ş.Əzizbəyov və R.Zorge küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqda, binalara üzlük daşları vurulmaqdadır. Həmçinin rayonun Tbilisi, Vaqif və Azadlıq prospektlərində, S.Vurğun küçəsində və digər ərazilərdə yaşıllaşdırma işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 48 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 5891 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 6 ədəd 1 sayğaclı, 1 ədəd 4 sayğaclı, 6 ədəd 6 sayğaclı, 21 ədəd  8 sayğaclı, 3 ədəd 10 sayğaclı, 1 ədəd 12 sayğaclı SMS tipli panel, 1 ədəd 250 A-lik 0,4kv-luq ayırıcılar quraşdırılmışdır.
51, 68, 156, 229, 230, 509, 510, 521, 552 saylı TM-lərin fasadları, dam örtükləri təmir olunmuş ətrafı abadlaşdırılmış, dispetçer adları təzələnmişdir.
97 saylı yarımstansiyadan TM-lərə gələn 1 və 2 nömrəli yuvalarda elektrik avadanlıqları təftiş edilmişdir.
88 saylı yarımstansiyada 1 nömrəli 25mVA transformator avadanlığı cari təmir olunmuş, “Dağlıq yarımstansiya” –nın 1 və 2 saylı 40 mVA transformator və avadanlığı təmir olunmuş, 10  kv-luq İEM- 98 nömrə 2, 640 nömrə 2, 1856/1940 nömrə ½, 2664 nömrə 1, 2071 nömrə 1 cari təmir edilmiş və mühafizəsi yoxlanılmışdır.
May ayı ərzində 590 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün M.Qaşqay küçəsi 42 saylı ünvanda 89 mm-lik qaz xəttində qaynaq işləri aparılmış, M.Qaşqay küçəsi 39, H.Seyidzadə küçəsi 35, B.B.Məcidov küçəsi 72 saylı ünvanlarda qaz sızması aradan qaldırılmış, N.Vəzirov küçəsində qaz borusu təmir olunmuş, Azadlıq prospekti 99 saylı ünvanda 40 mm-lik qaz xətti ana xəttə birləşdirilmiş, Azadlıq 90, 103, S.Rüstəm küçəsim 37 B, 44 və D.Əliyeva küçəsi 243, 251 saylı ünvanlarda qaz tənzimləyiciləri təmir olunmuşdur.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, müxtəlif diametrli ümumilikdə uzunluğu L-140 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 4 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd təmir edilmişdir..
       Nasos stansiyalarında 4 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
385 ədəd yağış barmaqlıqları, 267 ədəd kanalizasiya nəzarət quyusu, 3872 p.m. fekal kanalizasiya şəbəkəsi və 815 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 22 p.m kanalizasiya xətti təmir edilmiş, 1 kanalizasiya quyusunun qapağı dəyişdirilmişdir. 1 ədəd yağış barmaqlığı quraşdırılmışdır.
1 saylı İSİS-nin ərazisində olan bütün qazanxanalarda tüstü boruları təftiş və təmir olunmuş, qaz avadanlıqlarına baxış keçirilmiş, qaz xətlərinin üzərindəki süzgəclər açılaraq təmizlənmiş, manometrlər yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir. 71, 77 və 85 saylı qazanxanalarda KSQJ tipli 7 ədəd qazan açılaraq mexaniki üsulla ərpdən təmizlənmişdir. 29 ədəd məhəllədaxili qazanxanalarda profilaktiki təmir işləri aparılmışdır. Ümumilikdə istilik xətlərində 200 ədəd siyirtmə açılaraq təftiş olunmuşdur. 71, 139, M26/MTE, 312, 365, 378 və 501 saylı  qazanxanalarda payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq hidravlik təzyiq altında “Azəristiliktəchizat”ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

 

19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonu ərazisində görüləcək abadlıq və yenidənqurma işləri müəyyənləşdirilmişdir.

 

Görüləcək işin adı

Ünvan

İşin həcmi

 

Yeni uşaq bağçalarının tikilməsi

 

Mir Cəlal küçəsi 40

120 yerlik

Cavadxan küçəsi 1410-cu məhəllə

120 yerlik

Cavadxan küçəsi 32/31

120 yerlik

RİH-nin 1 və 3 saylı Sahə İnzibati Ərazi Dairələri üçün binaların tikilməsi

Rəşid Məmmədov küçəsi 25-in qarşısındakı ərazi

Ağadadaş Qurbanov küçəsi 50-51-in qarşısındakı ərazi

 

1200 m2

 

Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən parkın şimal hissəsinin sökülərək(M.Əcəmi metrosunun qarşısı) yenidən abadlaşdırılması

 

Cavadxan küçəsi 3005-ci məhəllə

 

3000 m2

Vaqif prospekti ilə X.Şuşinski küçəsinin kəsişməsində yerləşən parkın abadlaşdırılması (“Vişka”- yay kinoteatrının yerləşdiyi ərazi)

Vaqif prospekti ilə X.Şuşinski küçəsinin kəsişməsi

10 000 m2

Asif Məhərrəmov küçəsi 47 ünvanın qarşısında yerləşən parkın abadlaşdırılması

A. Məhərrəmov küçəsi 47

2870 m2

Mir Cəlal küçəsi 2, 4, 16 saylı binaların qarşısındakı ərazidə parkın salınması

Mir Cəlal küçəsi 2, 4, 16

4800 m2

Fasadların təmiri, üzlük daşlarının vurulması və rənglənməsi

S.Vurğun küç.48

S.Vurğun küç.54

S.Vurğun küç 58

S.Vurğun küç 69

S.Vurğun küç 71

1 mərtəbəli,2 girişli

4 mərtəbəli,3 girişli

1 mərtəbəli,2 girişli

7 mərtəbəli,4 girişli

5 mərtəbəli,3 girişli

Füzuli küç.73

Füzuli küç.77

Füzuli küç.79

 

4 mərtəbəli,2 girişli

2 mərtəbəli,2 girişli

3mərtəbəli,3 girişli

 

 

 

28 MAY küç.36-44

28 MAY küç.46-52

28 MAY küç.54-62

 

2 mərtəbəli,4 girişli

2 mərtəbəli,3 girişli

2 mərtəbəli,4 girişli

R.Behbudov küç.37/39

2 mərtəbəli,2 girişli

 

R..Məmmədov küçəsi    5     R..Məmmədov küçəsi   15

R..Məmmədov küçəsi   23 R..Məmmədov küçəsi   27           A.Mustafayev küçəsi    43   

 

5 mərtəbəli,4 girişli

5 mərtəbəli,4 girişli

5 mərtəbəli,4 girişli

5 mərtəbəli,4 girişli

5 mərtəbəli,4 girişli

 

Azadlıq. 38

Azadlıq 40

Azadlıq 44

Azadlıq 56

Azadlıq 67

Azadlıq 69

Azadlıq 70

Azadlıq 72

Azadlıq 77

 

1 girişli, 1 mərtəbəli

1 girişli, 2 mərtəbəli

1 girişli, 1 mərtəbəli

1 girişli, 1 mərtəbəli

2 girişli, 2 mərtəbəli

2 girişli, 2 mərtəbəli

5 girişli, 4 mərtəbəli

3 girişli, 4 mərtəbəli

4 girişli, 4 mərtəbəli

 

 

S. Vurğun 108

S. Vurğun 110

S. Vurğun 116

4 girişli, 5 mərtəbəli

4 girişli, 5 mərtəbəli

11 girişli, 5 mərtəbəli

 

Ak. M. Qasımov 3,

Ak. M. Qasımov 4

Ak. M. Qasımov 14

Ak. M. Qasımov 23

20 girişli, 3 mərtəbəli

 20 girişli, 3 mərtəbəli

5 girişli, 5 mərtəbəli

1 girişli, 2 mərtəbəli

 

 

H. Ələsgərov  21

R. Behbudov 81-83

 

1 mərtəbəli (42 metr)

1 mərtəbəli (50metr)

 

 “Nikoil”bank

Rəssamlıq ittifaqı (mərmər salonu)

Suvenir fabriki

A.Salamzadə küçəsində İstilik idarəsi

“Mehriban” ASC (AKABE inşaat)

BMW şirkəti

Həsənoğlu firması

Qum bazarı

İnşaat materialları satışı bazarı

“Araz” market

İnşaat material.satışı bazarı “Murov”k/m

Mebel fabriki

“Riyad” aptek

Qaraj-1 (Araz)

Qaraj-2 (Hasar)

      Ümumilikdə 6525 m2

Səkilərin bərpası və tament daşların döşənməsi

S.Vurğun küç.58,69,71

Bül-bül pr.41/43-63

S.Rəhimov küç.184-197

Ş.Əzizbəyov küç 153

Azadlıq pr. 24-51

Azadlıq pr. 95

Azadlıq pr. 103

Füzuli küç.77-79

D.Əliyeva küç.222-251

28 MAY küç 46-62

 

     Ümumilikdə 5284 m2

Yaşıllaşdırma işlərinin aparılması, qazon örtüklərinin salınması, dekorativ gül kollarının əkilməsi

Rayonun S.Vurğun , M.Cəlal, Cavadxan, H.Seyidzadə, R.Behbudov, Ü.Hacıbəyov, D.Əliyeva, H.Ələsgərov küçələri, Tbilisi, Vaqif, Azadlıq və Moskva prospektləri

 

Küçələr boyunca yaşıllıq zolaqlarının yaradılması, dekorativ ağacların və gül  kollarının əkilməsi

Eyvanların təmiri

R.Behbudov küç.46

S.Rəhimov küç.184,186,197

Azadlıq pr.28-51

S.Rüstəm küç.2,4,10

    Ümumilikdə 100 eyvan

Müasir reklamların quraşdırılması və müəssisələrin qarşısına dibçəklərdə dekorativ gül kollarının qoyulması

C. Hacıbəyli, Ak Həsən Əliyev, M. Qasımov, S.Vurğun, 28 May, Puşkin, Füzuli, R.Behbudov,Ü.Hacıbəyov, D.Əliyeva, H. Ələsgərov küçələri, Neftçilər, Bakıxanov, Azadlıq və Bül-bül pr.ləri

  

Şəhər arxitekturasına xələl gətirən tikililərin sökülməsi, köşklərin və qarajların götürülməsi

Azadlıq pr-ti, S. Vurğun, Ak. Həsən Əliyev, M. Qasımov küçələri boyunca

 

Şəhər arxitekturasına  uyğun hasarların tikintisi və bərpası

Mərdanov qardaşları küçəsi boyunca 68 metr, H. Ələsgərov küçəsi boyunca 190 metr, A.Salamzadə küçəsi,

Ak. Həsən Əliyev küçəsi 2, 4, Ak. Həsən Əliyev ilə A.Əliyev küçələrinin kəsişməsində

1916 kv.m

Azərbaycan Əfqanıstan Veteranları İctimai-Birliyinin mərkəzi ofisinin əsaslı təmiri

 

       D.Əliyeva küçəsi 251

  110 kv.m

Nəsimi bazarının Azadlıq pr-nə və M. Qasımov küçəsinə düşən fasadlarının əsaslı təmiri, rənglənməsi, bazarın dam örtüyünün dəyişdirilməsi və ətrafında abadlıq - yenidən qurma işlərinin aparılması

        Azadlıq prospekti 100

 

Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun hasarının əsaslı təmir edilməsi və ətrafında abadlıq işlərinin aparılması

 

A. Səhhət küçəsi 32

 

 

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası

aprel 2014

2014-cü ilin aprel ayında Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2 iclası keçirilmişdir. Birinci iclas zamanı mülki müdafiə məsələləri ilə əlaqədar görülən işlər təhlil olunmuşdur.

İkinci iclas zamanı isə 2014-cü ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri təhlil edilmişdir.

Nəsimi rayonu ərazisində 2014-cü ilin aprel ayı ərzində görülmüş işlər barədə

M Ə L U M A T

Aprel ayı ərzində Nəsimi rayonunda Proqrama uyğun olaraq 147 və 174 saylı körpələr-evi uşaq bağçalarında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri davam etdirilir.

Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 42 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 1231 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 3 ədəd giriş və paylayıcı şit,  7 ədəd 1 sayğaclı panel, 1 ədəd 250 A-lik 0,4kv-luq ayırıcılar quraşdırılmışdır.
24 ədəd TM-də elektrik avadanlıqları təftiş edilmişdir, 8 ədəd TM təmir olunmuşdur.
35 kv-luq yarımstansiyalararası 2 dövrəli (L=0.9 km) hava xətti kabel xətti ilə əvəz edilmiş, yarımstansiyalarda L- qaz açarı cari təmir olunmuşdur.
Aprel ayı ərzində 907 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün C.Səlimov, Cavadxan, N.Məlikov, N.Vəzirov və A.Salamzadə küçələrində müxtəlif diametrli qaz xətlərində təmir işləri aparılmışdır.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, H.Sarabski, N.Qardaşları, Q.Quliyev, M.Rəfili, D.Əliyeva, C.Səlimov və Alı Mustafayev küçələrində  müxtəlif diametrli ümumilikdə uzunluğu L-151 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 4 ədəd yeni siyirtmə quraşdırılmış və 5 ədəd təmir edilmişdir..
       Nasos stansiyalarında 2 ədəd elektrik avadanlığı yenisi ilə əvəz edilmiş, 1 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
380 ədəd yağış barmaqlıqları, 264 ədəd kanalizasiya nəzarət quyusu, 3894 p.m. fekal kanalizasiya şəbəkəsi və 812 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 24.5 p.m kanalizasiya xətti təmir edilmiş, 1 kanalizasiya quyusunun qapağı dəyişdirilmişdir. 1 ədəd yağış barmaqlığı quraşdırılmışdır.
1 saylı İSİS-nin ərazisində olan 312, 365, 366, 378, 501 və M26/MTE saylı qazanxanalarda, RİQ 1-də və istilik məntəqələrində tüstü yolları təmizlənmiş, elektrik avadanlıqları və nəzarət ölçü cihazları təftiş edilmiş, payız-qış mövsümünə hazırlıq aparılmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası

mart 2014

2014-cü ilin mart ayında Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2 iclası keçirilmişdir. Birinci iclas zamanı İstehlak bazarı və sahibkarlığın inkişafı, ətraf mühitin qorunmasına dair görülən işlər təhlil olunmuşdur.

İkinci iclas zamanı isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2013-cü ildə görülmüş işlər müzakirə edilmişdir.

 

Nəsimi rayonu ərazisində 2014-cü ilin mart ayı ərzində görülmüş işlər barədə

M Ə L U M A T

Mart ayı ərzində Nəsimi rayonunda proqrama uyğun olaraq 147 və 174 saylı körpələr-evi uşaq bağçalarında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri davam etdirilir.

Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 63 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 2612 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 2 ədəd giriş və paylayıcı şit,  10 ədəd 1 sayğaclı panel, 1 ədəd 400 A-lik 0,4kv-luq ayırıcılar quraşdırılmışdır.
15 ədəd TM-də elktrik avadanlıqları təftiş edilmişdir.
35 kv-luq “120”-“101” saylı yarımstansiyalararası 2 dövrəli (L=0.9 km) hava xətti kabel xətti ilə əvəz edilmişdir. 35 kv-luq 99 saylı yarımstansiyada L- qaz açarı cari təmir edilmişdir. 35 kv-luq 120 saylı yarımstansiyada 35/0.4 kv-luq, 101 saylı yarımstansiyalar arası 2 dövrəli kabel xəttinin istifadəyə verilmişdir. 110 kv-luq dağlıq xətti cari təmir edilmişdir.
Mart ayı ərzində 316 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün Plotnikov küçəsi 12,15, Zeynalov küçəsi 15, M.Rəfili küçəsi 19 və M.Qaşqay küçəsi 9, 11, 25, 30, 31 ünvanlarında müxtəlif diametrli 163 p.m. yeni qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, Mir Cəlal küçəsi 66, Y.Çəmənzəminli küçəsi 37, III Alatava 21, 93, Moskva pr-ti 94, R.Rza küçəsi 37 və Alı Mustafayev 43 ünvanlarda  müxtəlif diametrli ümumilikdə uzunluğu L-206.5 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 2 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd təmir edilmişdir..
       Nasos stansiyalarında 2 dəst müxtəlif markalı nasos avadanlıqları təmir edilmiş, 17 p.m. kabel xətti çəkilmiş, 2 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
344 ədəd yağış barmaqlıqları, 272 ədəd kanalizasiya nəzarət quyusu, 3825 p.m. fekal kanalizasiya şəbəkəsi və 823 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 64 p.m kanalizasiya xətti təmir edilmiş, 1 kanalizasiya quyusu quraşdırılmışdır. L-12 p.m. kanalizasiya xətti təmir olunmuşdur.
1-ci mkr.  Moskva prospekti 58 saylı yaşayış binasının aşağı paylayıcı istilik xətləri aparılan əsaslı təmir işləri başa çatmışdır. RİQ 1-də daş hasarın tikilməsi və suvaq vurulması işləri tamamlanmış, qazanxananın həyətində abadlaşdırma işləri yekunlaşmaq üzrədir.
1 saylı İSİS-nin Nəsimi rayonu ərazisinə düşən 26 ədəd qazanxana, RİQ-1 və 19 ədəd istilik məntəqəsi hal hazırda işləyir, 212 yaşayış binası, 18 orta məktəb, 12 uşaq bağçası, 6 səhiyyə obyekti və 25 digər obyekt istilik enerjisi ilə təmin olunur.

Bundan əlavə Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr 1,3,5 və 20 saylı şəhər poliklinikalarında həyata keçirilir. Fevralın 17-dən mat ayının 1-nə dək 19 min nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa bir neçə həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər poliklinikalarda müalicə edilir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.

 

Nəsimi rayonu ərazisində 2014-cü ilin fevral ayı ərzində görülmüş işlər barədə

M Ə L U M A T 

Fevral ayı ərzində Nəsimi rayonunda proqrama uyğun olaraq 147 saylı körpələr-evi uşaq bağçasında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri davam etdirilir.

Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda əsaslı təmir işləri başa çatmaq üzrədir.

Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 98 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 1315 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 1 ədəd giriş və paylayıcı şit,  17 ədəd 1 sayğaclı panel, 1 ədəd 10 sayğaclı panel quraşdırılmışdır.
68, 71, 91, 400, 470, 572, 1031 və 1811 saylı TM-lərdə güc transformatorları daha güclüləri ilə əvəz edilmişdir. 35 kv-luq 101 saylı yarımstansiyada № 1 kabel xətti, Dağlıq yarımstansiyada № 3 kabel xətti sınaq edilmişdir. “Dərnəgül -97” № 1, Dağlıq -111 № 1,2,3, Dağlıq -88 № 1, 2, kabel xəttinin xarkteristikası çıxarılmış və cari təmir edilmişdir.
Fevral ayı ərzində 385 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün Novruzov qardaşları, Plotnikov, H.Əliyev, Topçubaşov, N.B.Yusifbəyli küçələrində və Azadlıq pr-də müxtəlif diametrli 643 p.m. yeni qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, Ə.Topçubaşov küçəsi 117, Mir Cəlal küçəsi 6, H.Seyidzadə küçəsi 15, Y.Çəmənzəminli küçəsi 3, 5, D.Əliyeva 241, Vidadi küçəsi 189 ünvanlarda  müxtəlif diametrli ümumilikdə uzunluğu L-183 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 3 ədəd yeni siyirtmə quraşdırılmış və 5 ədəd təmir edilmişdir..
       Nasos stansiyalarında 2 dəst müxtəlif markalı nasos avadanlıqları təmir edilmiş, 1 dəst elektrik mühərrikləri təmir edilmiş, 5 p.m. kabel xətti çəkilmiş, 5 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
321 ədəd yağış barmaqlıqları, 251 ədəd kanalizasiya nəzarət quyusu, 3790 p.m. fekal kanalizasiya şəbəkəsi və 732 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 16 p.m kanalizasiya xətti təmir edilmiş, 5 kanalizasiya quyusu quraşdırılmışdır. D-150mm olan L-16 p.m. kanalizasiya xətti dəyişdirilmişdir.
1-ci mkr.  Moskva prospekti 56, 58 saylı yaşayış binalarının aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunmuş, 2-ci mkr-dakı 44 və 22 saylı istilik məntəqələrinin dam örtüklərinin təmiri və məntəqələrin köhnə avadanlıqlarının yeniləri ilə əvəzlənməsi başa çatdırılmışdır.
1 saylı İSİS-nin Nəsimi rayonu ərazisinə düşən 26 ədəd qazanxana, RİQ-1 və 19 ədəd istilik məntəqəsi hal hazırda işləyir, 212 yaşayış binası, 18 orta məktəb, 12 uşaq bağçası, 6 səhiyyə obyekti və 25 digər obyekt istilik enerjisi ilə təmin olunur.

Bundan əlavə Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr 1,3,5 və 20 saylı şəhər poliklinikalarında həyata keçirilir. Fevralın 17-dən mat ayının 1-nə dək 19 min nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa bir neçə həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər poliklinikalarda müalicə edilir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.

 

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası

yanvar 2014

2014-cü ilin yanvar ayında Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2 iclası keçirilmişdir. Birinci iclas zamanı Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin hesabatları dinlənilmiş, Şuranın və Aparatın iş planları müzakirə edilmişdir.

İkinci iclas zamanı isə enerji daşıyıcılarının dəyərinin əhali tərəfindən ödənilməsinin təmin edilməsi istiqamətində 2013-cü ildə görülmüş işlər təhlil edilmişdir.

Nəsimi rayonu ərazisində 2014-cü ilin yanvar ayı ərzində görülmüş işlər barədə

M Ə L U M A T

Yanvar ayı ərzində Nəsimi rayonunda proqrama uyğun olaraq 22, 111 və 147 saylı körpələr-evi uşaq bağçasında və 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir.
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda əsaslı təmir işləri davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 126 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 1455 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 2 ədəd giriş və paylayıcı şit,  9 ədəd 1 sayğaclı panel, 10 ədəd 10 sayğaclı panel quraşdırılmışdır.
88 saylı yarımstansiyada Dağlıq-88 № 2 kabel xətti sxmə salınmış, Dərnəgül2 -88 № 1 hava xətti muftalanmışdır. 99 saylı yarımstansiyada 1 və 2 saylı 25 mVA  transformatorların və 10 kv-luq TM-1482 № 2, TM -2388 № 1, TM-1141 № 1, TM-1141 № 2, TM-3120 № 1, 3120 № 2, TM-331 , Metro Nəsimi 10 kv-luq mühafizəsi yoxlanıldı.
Yanvar ayı ərzində 501 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün Mərdanov qardaşları küçəsi 84/86, A.Qurbanov 6, M.Qaşqay 8, 10, 16, 23, 33/37, 41 ünvanlarında müxtəlif diametrli 554 p.m. yeni qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, C.Məmədquluzadə küçəsi 99, Mir Cəlal küçəsi 40, H.Seyidzadə küçəsi 5, vidadi küçəsi 189, Əbilov küəsi 209, A.Qurbanov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində müxtəlif diametrli ümumilikdə uzunluğu L-186 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 2 ədəd siyirtmə və 1 ədəd yanğın hindrantı təmir edilmişdir..
       Nasos stansiyalarında 1 dəst müxtəlif markalı nasos avadanlıqları təmir edilmiş, 1 dəst elektrik mühərrikləri təmir edilmiş, 16 p.m. kabel xətti çəkilmiş, 4 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
340 ədəd yağış barmaqlıqları, 265 ədəd kanalizasiya nəzarət quyusu, 3870 p.m. fekal kanalizasiya şəbəkəsi və 791 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 76 p.m kanalizasiya xətti təmir edilmiş, 5 kanalizasiya quyusu quraşdırılmışdır. D-150mm olan L-21.5 p.m. kanalizasiya xətti dəyişdirilmişdir.
1-ci mkr.  Moskva prospekti 56, 90 saylı yaşayış binalarının aşağı paylayıcı istilik xətləri yeniləşdirilərək istilik mənbəyinə qoşulmuşdur. 3 saylı istilik məntəqəsindən qidalanan M.Kazımovski küçəsi 17 ünvanda yerləşən yaşayış binasının aşağı paylama və məhəllədaxili istilik xətləri yenidən bərpa olunaraq istilik mənbəyinə qoşulmuşdur. S.Rəhman  küçəsi 2a saylı yaşayış binalarının istilik mənbəyinə qoşulmuşdur.
1 saylı İSİS-nin Nəsimi rayonu ərazisinə düşən 26 ədəd qazanxana, RİQ-1 və 19 ədəd istilik məntəqəsi hal hazırda işləyir, 212 yaşayış binası, 18 məktəb, 12 uşaq bağçası, 6 səhiyyə obyekti və 25 digər obyekt istilik enerjisi ilə təmin olunur.

 

Keçidlər