Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu üzrə 2016-cı ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir

13 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.

İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Nəsimi rayonunun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər, xüsusilə informasiya və rabitə, tikinti və xidmət sahələri üzrə 2016-cı  ilin 9 ayı ərzində dinamik olmuşdur. Natiq  9 ay ərzində Nəsimi rayonunda həyata keçirilən tədbirlər haqqında məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışdır.

Hesabat iclasında əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Şura iclasında Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının Sədri Milix Yevdayev 70 illik yubileyi münasibəti ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş Nəsimi rayon məktəblərinin müəllimləri təbrik edilmiş və onlara hədiyyələr təqdim edilmişdir.

Həmçinin Nəsimi RİH-nin məsul əməkdaşı Nəcməddin Yunusova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.

Keçidlər