Şriftin ölçüsü :

Saytın rəngi :

4-cü mikrorayonda yeniyetmələrin məhəllələrarası mini futbol yarışı keçirilmişdir

26 avqust 2016 | 16:00

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunmuşdur.

Məktəblilərin yay tətili günlərində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən də bir sıra idman yarışları təşkil edilib keçirilir.

25-26 avqust 2016-cı il tarixlərdə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası mini futbol yarışı keçirilmişdir. Yarışda 8 komanda iştirak etmişdir. Yarış Mir Cəlal küçəsisində yerləşən parkdakı futbol meydançasında keçirilmişdir. Mini futbol yarışının qalib komandaları Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.

Keçidlər