Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəbliləri Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində.

29 iyul 2016 | 16:00

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunmuşdur. Belə ki, iyul ayının 4-də uşaqların tətil günlərində Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir.

Nəsimi ayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.

Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 100 nəfər  9-11-ci sinif şagirdləri üçün 13-19 iyul 2016-cı il tarixlərdə Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur. Növbəti -  Quba şəhərində yaradılmış “Gənc İlhamçılar” yay istirahət düşərgəsində rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 150  yeniyetmə-məktəbli iştirak etmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 200 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən  Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin  direktoru Alla Bayramova muzeyin əsas məqsədi və vəzifələri,  Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanılması, saxlanılması, araşdırılması, təbliği barədə məktəblilərə məlumat verərək bildirmişdir ki,  muzeyin fondunda 50 mindәn çox eksponat toplanmışdır. Muzeydə nümayiş olunan  Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri  məktəblilərin marağına səbəb olmuşdur. 

Keçidlər