Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar” Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən «N» saylı hərbi hissəsində olmuşlar.

25 iyul 2016 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Qubada təşkil etdiyi “Gənc İlhamçılar” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi iştirakçılarının Quba şəhərindəki istirahətləri davam edir.

Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Respublikamızda gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir.

Belə layihələrdən biri də Nəsimi Rayon İcra Hakimiyyətinin Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 150 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil olunmasıdır.

 “Gənc İlhamçılar” Müdafiə Nazirliyinin  Qusar şəhərində yerləşən «N» saylı hərbi hissəsində olmuşlar. Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar təlim prossesində maneələri dəf etmiş, ilk dəfə olaraq avtomat silahdan atəş açmış, hərbi texnikanın döyüşdə iştirakını müşahidə etmişlər.
     Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.  

 

 

 

 

 

 

Keçidlər