Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar” Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-ndə olmuşlar.

25 iyul 2016 | 16:00

Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Respublikamızda gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir.

Belə layihələrdən biri də Nəsimi Rayon İcra Hakimiyyətinin Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 150 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil olunmasıdır.

Layihə iştirakçıları Quba şəhərində yerləşən 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-ndə olmuşlar. “Gənc İlhamçılar”-ın “Soyqırım Memorial Kompleksi”nin ziyarəti zamanı onların diqqətinə çatdırılmışdır ki, abidə-muzeyinin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.

Keçidlər