..Az Rus En
Home Contact Phone
background
  • Ünvan: Az- 1022 , Bakıxanov küç. 643-cü məhəllə
  • Faks: (+99412) 440-83-05
  • E-mail: mail@nasimi-ih.gov.az

Xəbərlər

  • Nəsimi məktəbliləri Lənkəran-Masallı-Astara...

    Nəsimi məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarına yola düşdülər

    2017-11-11

    Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 11-14 noyabr 2017-ci ildə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nəfər məktəbli şagird Lənkəran-Masallı-Astara rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

  • Nəsimi rayon məktəbliləri növbəti dəfə &qu...

    Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyada iştirak edəcəklər

    2017-11-10

    Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin «Ölkəmizi tanıyaq» devizi ilə maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.

  • Mustafa Kamal Atatürkün Bakıda anım günü

    Mustafa Kamal Atatürkün Bakıda anım günü

    2017-11-10

    Noyabrın 10-da Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 79 ildönümü Bakıda qeyd olunub. Anım mərasimi Nəsimi rayonunda dahi şəxsiyyətin heykəli önündə baş tutub. Tədbiri Türkiyənin ölkəmizdəki səfirliyi təşkil edib.

  • NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİ TƏRƏFİND...

    NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİ TƏRƏFİNDƏN NİZAMİ KİNO MƏRKƏZİNDƏ “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” ADLI TƏDBİR KEÇİRİLMİŞDİR.

    2017-11-09

    Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin, qeyri hökmət təşkilatlarının, idmançıların və çox saylı qonaqların iştiraki ilə “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” adlı tədbir keçirilmişdir.

  • Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən cə...

    Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən cəbhə bölgəsində 9 noyabr- Bayraq günü qeyd edildi

    2017-11-06

    Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 9 noyabr – Bayraq günü münasibəti ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişdir.

  • Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən və...

    Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən vətənpərvərlik və xüsusilə hərbi vətənpərvərlik sahəsində keçirilən tədbirlərə xüsusi önəm verilir.

    2017-11-06

    Nəsimi rayon İcra Hakimimiyyəti tərəfindən hər zaman hərbi hissələrlə sıx əlaqəli şəkildə əməkdaşlıq edilərək ənənəvi olaraq tədbirlər təşkil edilib keçirilir. Bu tədbirlərin davamı olaraq 9 noyabr - Bayraq günü münasibətilə Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər.

  • Azərbaycan Ordusu regionun güclü ordusudur.

    Azərbaycan Ordusu regionun güclü ordusudur.

    2017-11-06

    2016-cı ilin aprelin 2-dən 5-dək mənfur ermənilər bütün cəbhəboyu yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoydular. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. Qısa müddətdə Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılaraq, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu.

  • Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif ...

    Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 9 noyabr – Bayraq günü münasibəti ilə əsgərlərimizi təbrik etmişdir.

    2017-11-06

    Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 9 noyabr – Bayraq günü münasibəti ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişdir.

  • Nəsimi rayon ictimaiyyəti 9 noyabr Bayraq günü...

    Nəsimi rayon ictimaiyyəti 9 noyabr Bayraq gününü cəbhə bölgəsində əsgərlərlə birlikdə bayram sufrəsində qeyd etdilər

    2017-11-06

    Cəbhə bölgəsində hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 9 noyabr – Bayraq günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Bayram tədbirində hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı, marş sədaları altında 100 metr uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olundu.

  • Nəsimi rayonunda Türkiyə Diyanət Vəqfinin Bak...

    Nəsimi rayonunda Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin yeni binasının açılış mərasimi olub.

    2017-11-01

    Oktyabrın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin yeni binasının açılış mərasimində iştirak edib.

  • “Uşaq hüquqlarının qorunması milli-mənəvi...

    “Uşaq hüquqlarının qorunması milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir

    2017-10-31

    Oktyabrın 31-də Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən Məktəb-lisey kompleksində “Uşaq hüquqlarının qorunması milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.

  • Nəsimi rayonunda “İslam həmrəyliyi və milli...

    Nəsimi rayonunda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir

    2017-10-27

    “İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir

  • YAP Nəsimi rayon təşkilatının X konfransı ke...

    YAP Nəsimi rayon təşkilatının X konfransı keçirilib

    2017-10-26

    Oktyabrın 26-da Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransı keçirilib.

  • Nəsimi rayonunda  FİTZONA idman meydançasının...

    Nəsimi rayonunda FİTZONA idman meydançasının açılış mərasimi keçirilib

    2017-10-25

    25 oktyabr 2017-ci il tarixdə – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib.

  • Nəsimi rayonunda Milli Qəhrəman Yusif Mirzəyev...

    Nəsimi rayonunda Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

    2017-10-24

    “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun adını daşıyan 44 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

  • Nəsimi rayonunda növbəti iməclikdə yeni agacl...

    Nəsimi rayonunda növbəti iməclikdə yeni agaclar əkildi

    2017-10-21

    Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin həyətyanı sahəsində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir. 21 oktyabr 2017-ci il tarixdə rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 saylı uşaq bağçası –körpələr evinin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, uşaq bağçasının həyətyanı sahəsində müxtəlif növ meyvə ağacları əkilmişdir.

  • Nəsimi rayonunda “Məktəb bağları” layihə...

    Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində meyvə agacları əkildi

    2017-10-21

    Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin həyətyanı sahəsində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir.

  • Nəsimi rayonu  “Qərənfil” uşaq bağçası ...

    Nəsimi rayonu “Qərənfil” uşaq bağçası - körpələr evinin həyətində meyvə agacları əkildi

    2017-10-21

    Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin həyətyanı sahəsində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir.

  • Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı...

    Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərə start verildi

    2017-10-20

    Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

  • Nəsimi rayonunda  T.Q.Şevçenkonun  xatirəsi an...

    Nəsimi rayonunda T.Q.Şevçenkonun xatirəsi anılaraq abidəsi önünə gül qoyulmuşdur.

    2017-10-19

    19 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Baş Nazirinin Birinci müavini, iqtisadi inkişaf və ticarət naziri S.İ.Kubivin Nəsimi rayonu ərazisində Azadlıq prospekti və Bakıxanov küçələrinin kəsişməsində yerləşən Ukraynanın görkəmli şairi və ictimai xadimi T.Q.Şevçenkonun xatirəsini anaraq heykəli önünə gül-çiçək dəstələri qoymuşdur.

  • Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqil...

    Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib

    2017-10-17

    Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 164 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Məktəbin foyesində şagirdlərin kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunmuşdu.

  • Nəsimi rayonunda “Yanğın təhlükəsizliyinin...

    Nəsimi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi

    2017-10-13

    13 oktyabr 2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.

  • “Qələbənin Varisləri” Beynəlxalq İttifaq...

    “Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar

    2017-10-12

    İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən “Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar. Konfrans nümayəndələri Nəsimi rayon Böyük Vətən Müharibəsi veteranları ilə görüşmüş və axşam birlikdə şam etmişdilər.

  • Nəsimi rayonunda 2017-ci ilin üçüncü rübü ...

    Nəsimi rayonunda 2017-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir

    2017-10-11

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafınin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrin icrasi ilə əlaqədar rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

  • Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2...

    Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2017-ci ilin III rübünün yekunları üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə

    2017-10-10

    Oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

əvvəlki [2] növbəti