Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirildi

07 noyabr 2018 | 16:00

Nəsimi rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir.  Həmin tədbirlər çərçivəsində  Nəsimi rayonu    1 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.  

Məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva çixış edərək  Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını- məktəbliləri təbrik edərək  xoş arzularını bildirdi. Natiq Ümummilli Lider Heydər Əliyevin və  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbətindən  bəhs edərək bildirdi ki, Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət  Bayrağı günü kimi qeyd olunur. Gülarə Verdiyeva “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, Lələ Təpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağını bildirdi.

Tədbirdə Nəsimi rayonunun 8,42,54 və 164  nömrəli tam orta məktəblərinin, 16 saylı Texniki Humanitar Liseyin şagirdlərinin hazırladıqları mahnı və şer kompozisiyaları,    2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin gənc yetirmələrinin rərqsləri    qonaqlar tərəfindən  alqışlarla izlənildi. 

Keçidlər