Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar əmək yarmarkası keçirilmişdir

25 oktyabr 2018 | 16:00

24.10.2018-ci il tarixində Bakı Məşğulluq Mərkəzinin təsdiq etdiyi qrafikə uyğun olaraq Nəsimi rayonu Moskva prospekti 60 ünvanda işsiz və iş axtaran vətəndaşların sosial müdafiəsini təqdim etmək onların işə düzəlməsində köməklik göstərmək məqsədi ilə səyyar əmək yarmarkası keçirilmişdir.

Əmək yarmarkasında Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi, Bakı şəhər Məşğulluq İdarəsinin nümayəndəsi və Nəsimi rayon Məşğulluq Mərkəzinin əməkdaşları iştirak etmişdilər. Əmək yarmarkasına 87 müəssisədən 390 boş iş yeri çıxarılmışdır. Səyyar əmək yarmarkasına Nəsimi rayonu üzrə 81 nəfər iş axtaran vətəndaş qeydiyyatdan keçmişdir.

Onlardan  23 nəfər vətəndaşa müəssisələrə işə düzəlmək üçün göndəriş verilmişdir. 9 nəfər vətəndaş peşə təliminə cəlb edilmək üçün siyahıya alınmışdır. 8 nəfər vətəndaş öz biznesini qurmaq üçün özünəməşğulluq proqramında iştirak etmək üçün qeydiyyata alınmışdır. Keçirilən səyyar əmək yarmarkasına müraciət edən vətəndaşlara Məşğulluq xidmətinin imkanları və xidmətləri barədə məlumatlar verilmiş onları maraqlandıran suallara cavablar verilmişdir. Daha ətraflı məlumat almaq və bu xidmətlərdən istifadə etmək üçün rayon Məşğulluq Mərkəzinə dəvət edilmişdilər.

Keçidlər