Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Prezidentin 100 günü” adlı tədbir keçirilmişdir.

16 iyul 2018 | 16:00

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 aprel Prezident seçkilərində möhtəşəm qələbəsinin 100 günü tamam olur. Fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən 100 gün ərzində öz fəaliyyətində Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini bir daha nümayiş etdirmiş, qısa müddətdə ölkəmizin hər tərəfli inkişafında mühim uğurlar qazanılmış, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar daha da sürətləndirilmişdir. Prezidentin 100 günü Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində müstəsna əhəmiyyəti olan Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 49-cu ildönümü ilə bir vaxta təsadüf edir.

Tədbir Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin andiçmə mərasiminə həsr olunmuş videoçarxın nümayişi ilə başlamışdır. Sonra YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək tədbir iştirakçılarını salamlamış, 11 aprel Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin möhtəşəm qələbəsindən danışaraq ötən 100 gün ərzində  Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlardan danışmışdır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədr müavini, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  Asif  Əsgərov əsası Ümummilli Liderimiz  Heydər  Əliyev tərəfindən qoyulan siyasi kursun Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi qeyd edərək 2003-cü ildən hal-hazıradək  Prezident  İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlardan danışmış, bildirmişdir ki, Heydər Əliyev ideyalarının xilaskarlıq qüdrəti ilə, tükənməz Azərbaycan sevgisiylə, Azərbaycançılıq missiyasıyla silahlanan İlham Əliyevin bugünkü genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, O, dahi Heydər Əliyevin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən zəfər yolunu ləyaqətlə davam etdirir.

Tədbirdə çıxış edənlər  ─ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Yeni Azərbaycan Partiyası  Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, Yeni Azərbaycan Partiyası  Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı çıxış edərək  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlardan danışmışlar.

Tədbirin sonunda Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin fəaliyyətinin ilk 100 gününə həsr olunmuş  “Apar zəfərə Ali Baş Komandan” mahnısı  Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin solisti Cəlal Kərimovun ifasında tədbir iştirakçılarına təqdim olunmuşdur.

Keçidlər