Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

28 iyun 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 28 iyun 2018-ci il tarixdə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov qəbulda iştirak edən Azadlıq prospekti, Süleyman Rüstəm, Ruhulla Axundov, Vladislav Plotnikov, Rəşid Behbudov küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Şəfa Qəmbərova, İlkanə Cəfərova, Eldar Əliyev, Həsən Xəlilov, Yusif Ələsgərli, Sülhiddin Hacıyev və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların yay istirahətinin səmərəli təşkili, qonşular arasında yaranmış mübahisənin həll edilməsi, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli geyimlərinin ayrılmasına köməklik göstərilməsi barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır. 

 

Keçidlər