Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.

14 iyun 2018 | 16:00

14 iyun 2018-ci il tarixdə Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların  yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.

Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdi.“Son zəng” tədbirlərində  müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

Keçidlər