Şriftin ölçüsü :

Saytın rəngi :

42 saylı tam orta məktəbdə bayram tədbiri keçirildi

08 iyun 2018 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilir, divar qəzetləri buraxılır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə növbəti tədbir   42 saylı  tam orta məktəbdə keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Firəngiz Həmidova  açaraq qonaqları salamlamış  və  məktəbdə keçirilən silsilə tədbirlər haqqında məlumat vermişdir.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulmuşdur. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Həmin mürəkkəb dövrdə böyük çətinliklərə və maneələrə baxmayaraq, bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Ulu öndərimiz qısa müddət ərzində ölkəmizi məhvə aparan bütün  təhlükələri əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi oldu. Bügünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qonaqlar şagirdlərin əl işlərindən, rəsm əsərlərindən ibarət sərgiyə və məktəb şagirdlərinin ifasında hazırlanmış konsert proqramına tamaşa etdilər.

      

Keçidlər