Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi

23 may 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda sakinlər onları maraqlandıran məsələlər barədə müraciət etmişlər. Sakinlərdən Xələfov Fazil, Zeynalova Xuraman, Nəzərəliyev Qadir, Rəhimova Arzu, Nəsirova Aygün və digərləri bir sıra məsələlərlə ilə bağlı,  o cümlədən mənzil növbəsi, köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması, kanalizasiya xəttlərindəki nasazlıq, mərkəz hissədə yollardakı tıxaclarla bağlı tədbirlər görülməsi barədə müraciət etmişlər. RİH  başçısı Asif Əsgərov tərəfindən müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat və qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər