Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə gül əkmə kompaniyası keçirilmişdir

09 may 2018 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində Nəsimi rayonu ərazisində genişmiqyaslı abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilərək binalar, küçələr, istirahət güşələri və parklar əsaslı təmir olunur, “Abad həyət” layihəsi çərçivəsində zəruri işlər aparılır.

Rayonun ayrı-ayrı müəssisə və təşkilatlarında Ulu Öndərin anadan olmasının    95 illiyi münasibəti ilə silsilə tədbirlər davam etdirilir.

Tədbirlərin davamı olaraq rayonun müxtəlif  ərazilərində,  mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə  kompaniyası  keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Tədbir zamanı rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif   Məhərrəmov küçəsindəki parkda,  Vaqif  prospekti  boyunca və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  50000-dən artıq gül kolu əkilmişdir.

Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.

Nəsimi rayonunda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.  

Keçidlər