Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilmişdir.

02 may 2018 | 16:00

H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi tərəfindən  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 95 illik yubileylərinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə  Nəsimi rayon  İcra Hakimiyyətinin Başçısının  birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, bəstəkar Sərdar Fərəcov, Xalq  Artisti  Ağaverdi Paşayev ,  Bakı şəhər musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Konsertdə şagirdlərin ifasında Niyazi “Arzu”, D.Şostakoviç “Vals zarafat”, S.Raxmaninov “Vokaliz”, K.Veber “Konsertino”, F.Əmirov “Min bir gecə” baletindən oxatanların rəqsi, V.Monte “Çardaş” və digər bəstəkarların əsərləri səsləndirilib.

Keçidlər