Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində geniş tərkibli müşavirə keçirilmişdir.

28 mart 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, özəl qurumların, mənzil-tikinti kooperativlərinin, rayon əzrazisində pilot layihələri həyata keçirən şirkət rəhbərlərinin, iş adamlarının, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov 2018-ci ilin əlamətdar ictimai-siyasi tədbirlər ili olduğunu qeyd edərək rayon ərazisində görüləcək işlərlə bağlı məlumat verdi.

O, qeyd etdi ki, rayon ərazisində abadlıq-quruculuq, “Abad həyət” layihələri çərçivəsində yeni nümunəvi həyətlərin salınması, məktəb və məktəbəqədər müəssisələrin təmiri, təmizliyin və normal sanitar vəziyyətin təmin edilməsi işləri davam etdirilir. Müşavirədə Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində keçirilən və nəzərdə tutulan tədbirlərlə bağlı hazırlıq işlərinin vəziyyəti barədə müvafiq tapşırıqlar verildi.

Sonra qarşıdan gələn Azərbaycan Respublikası  Prezidenti seçkiləri ilə əlaqədar rayon ərazisində seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və  “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar rayon icra hakimiyyətinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyi qeyd olundu və aidiyyəti üzrə tapşırıqlar verildi.

Yığıncaqda çıxış edən ictimaiyyət nümayəndələri, iş adamları bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin, əmin-amalığın  dayanıqlı və  möhkəmliyinin qorunması, sosial-iqtisadi sahədə dinamik inkişafına, sahibkarlığın inkişafında yaradılan münbit şəraitin, ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin mühüm əhəmiyyət kəsb etdiyini, rayon ərazisində sakinlərin rifahına yönəlmiş nəzərə çarpacaq tədbirlərin  görüldüyünü, sakinlərlə yerlərdə keçirilən çoxsaylı görüşlərdə qaldırılan məsələlərin həlli ilə bağlı əməli addımların atıldığını, tədbirlərdə rayon ictimaiyyəti nümayəndələrinin, sakinlərin də yaxından iştirak etdiyini və növbəti tədbirlərdə daha fəal olacaqlarını vurğuladılar. 

 

Keçidlər