Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir.

19 mart 2018 | 16:00

Novruz bayramı ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində  Nəsimi rayon İcra Hakimiyyətində  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər və müxtəlif səbəblərdən əlil olmuş saglamlıq imkanları  məhdud olan şəxslərin iştirakı  ilə tədbir keçirilmişdir. Tədbir iştirakçılarını Novruz bayramı  münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini Gülarə Verdiyeva   dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır.

Gülarə Verdiyeva  bildirmişdir ki, əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri  olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlətimiz  tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.  

Əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. İl  ərzində Nəsimi rayon İcra hakimiyyəti  tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli  tədbirlər təşkil olunmuşdur.   

“Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və digərləri  əlil vətəndaşlarımıza və sağlamlıq imkanları məhdud olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda saglamlıq imkanları məhdud olan 500 nəfərə bayram sovqatları təqdim olunmuşdur.

Keçidlər