Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir

13 mart 2018 | 16:00

13 mart 2018-ci il tarixdə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına  daxil  edilmiş  mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan  Novruz  bayramı Nəsimi rayonu ərazisində fəaliyyət göstərən  Azərbaycan Respublikası Təhsil  Nazirliyinin 1nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzində böyük təntənə ilə qeyd olunmuşdur.

Tədbir  1 nömrəli  Uşaq-Gənclər  İnkişaf  Mərkəzinin həyətində, açıq havada, qədim Bakını, milli adət-ənənələrimizi əks etdirən dekorasiyaların, Novruz personajlarının, Azərbaycan nağıl qəhrəmanlarının, Novruz bayramına həsr olunmuş rəsm və əl işlərindən ibarət sərginin nümayişi ilə keçirilmiş, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

Qonaqlar Mərkəzin dərnək üzvlərinin iştirakı ilə bir-birindən maraqlı səhnələrə, rəqslərə, musiqilərə, şeirlərə, etnik, milli xüsusiyyətləri olan, özünəməxsus mövsum və mərasim nəğmələrinə, oyunlarına tamaşa etmiş, onlarla birgə şənliyə qoşulmuş, həyətdə qurulmuş iri tonqalı yandırmışlar. Şənlikdə Dədə Qorqud və Bahar qızının, Keçəl və Kosanın iştirakı bayramı daha da rəngarəng və canlı etmişdir.

Keçidlər