Şriftin ölçüsü :

Saytın rəngi :

Kocaeli vilayətinin Körfəz bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir

27 fevral 2018 | 16:00

Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin  Körfez bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir.

Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış  edənlər  Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra , etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyən ermənilərin  ədalət qarşısında cavab verməsini istəyənlər  “Xocalıya ədalət” deyənlərin yanında olduqlarını bildiriblər.

Səfər çərçivəsində Türkiyədə olan nümayəndə heyətinin  Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu ilə görüşü keçirilmişdir. Görüşdə İ.Karaosmanoğlu bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət rəsmi sənədlərdə və fotolarda öz əksini tapıb. Qadınların və uşaqların işgəncələrlə qətlə yetirilməsi ermənilərin terrorçu bir xalq olduğunu təsdiq edir.

“Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də dəstək verməyə hazırdır. Türkiyə Azərbaycandan da daim dəstək görür. Bu, həm siyasi, həm də diplomatik dəstəkdir”,- deyə bələdiyyə sədri bildirib.

Görüşdə  Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  Kocaeli şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə ilə bağlı bələdiyyə sədri İbrahim Karaosmanoğluna minnətdarlığını bildirib. Gülarə Verdiyeva  həmçinin erməni terrorçularının törətdiyi qanlı hadisə ilə bağlı türkiyəli rəsmilərə geniş məlumat verib.

Sonra Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə ilk dəstək qardaş Türkiyədən gəlib. Qardaş ölkənin dəstəyini bu gün də bizdən əsirgəmədiyini deyən Qarabağ əlili Azərbaycanın da hər zaman Türkiyənin yayında olduğunu söyləyib.

Sonda Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim olunub.

                            

 

 

 

Keçidlər