Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2017-ci il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə hesabatı

27 yanvar 2018 | 16:00

2017-cı ildə Müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləmiş və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq və inkişaf, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi,  balanslaşdırılmış xarici siyasət təşkil etməklə dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisi təmi edilmişdir.

2018-ci il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, həyatımızın bütün sahələrində qazanılan müsbət nəticələrin respublikamızın ümumi inkişafına böyük töhfə verdiyini qeyd etmişdir.

Dövlətimizin başçısı qeyd etmişdir ki,  “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”.

O, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillərin daha da güclənəcəyinə əminliyini ifadə edib, həmçinin xalq-iqtidar birliyinin uğurlarımızın əsas şərti olduğunu, reallaşdırılan siyasətin təməlində xalq tərəfindən göstərilən dəstəyin dayandığını diqqətə çatdırıb.

Möhtərəm Prezident hesabat dövründə əldə edilən sosial-iqtisadi uğurlarla bağlı bildirib ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olub. Bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz təsdiqini tapıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda gedən proseslərə yüksək qiymət verilib, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. 

O,  il ərzində qeyri-neft sektorunun 2,5 faiz, bu göstəricinin sənaye sahəsinin qeyri-neft sektorunda 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz artdığını, valyuta ehtiyatlarının 4,5 milyard dollara yüksəldiyini və hazırda təxminən 42 milyard dollar təşkil etdiyini vurğulayıb və qeyd edib ki, “Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir”.

Nazirlər Kabinetinin iclasında ixrac potensialı ilə bağlı mövcud vəziyyətə də toxunulub. Hesabat dövründə ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artması diqqətə çatdırılıb və bu göstəricilərin həyata keçirilən islahatların   məntiqi nəticəsi olduğu vurğulanıb. 

İclasda regionların inkişafının daim diqqət mərkəzində olması mühüm məsələ kimi qeyd edilib. Dövlətimizin başçısı bununla əlaqədar deyib: “Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunmuşdur, yeni müəssisələrin təməli qoyulmuşdur, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilmişdir. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram”.

Nazirlər Kabinetinin iclasında, həmçinin  2017-ci ildə 221 min yeni iş yerinin açılması, onların 177 mininin daimi olması, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz təşkil etməsi,  ölkəmizin 93 faizinin qazlaşdırılması, 100 min hektardan çox sahənin suvarılmağa başlanılması, 1300 kilometr avtomobil yolunun salınması, 133 yeni məktəbin tikilməsi, 14 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılması diqqətə çatdırılıb. 

İclasda 2017-ci ildə energetika sahəsində baş vermiş tarixi hadisələrdən də danışılıb. “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması önəmli hadisə kimi dəyərləndirilib. Bunun isə Azərbaycanda 2050-ci ilə qədər hasilat səviyyəsinin sabit qalmasına, respublikanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulmasına imkan yaradacağı vurğulanıb. Cənab İlham Əliyev bu məsələyə belə münasibət bildirib: “Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq”.

Azərbaycan Prezidenti çıxışında diqqəti, eyni zamanda, “Cənub” Qaz Dəhlizinin icrasının uğurla reallaşdırıldığına yönəldib. Bildirib ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə çatıb. Bu, artıq onu göstərir ki, “Cənub” Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə orada da işlər demək olar ki, qrafik üzrə gedir, indiyədək işlər 60-62 faiz səviyyəsində reallaşdırılıb.

Nazirlər Kabinetinin iclasında xatırladılıb ki, son illər Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları bu sahənin inkişafına güclü təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən respublikamızın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Bununla da Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən ölkəmiz həm də dünyada öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifi kimi nüfuz qazanıb. Belə təşəbbüslərdən biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir.

Keçən il oktyabrın 30-da BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, eyni zamanda, qlobal əhəmiyyətli tarixi hadisəyə çevrildi.  Bu dəmir yolu Bakıdan başlayaraq, Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinədək uzanır  və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.

Ölkə başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edərək bildirmişdir ki, “Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq”. Bunun həm turizm, həm də yükdaşımalar üçün böyük əhəmiyyəti olacaq. Turizmin inkişafı üçün daha bir layihə dövlət investisiya proqramına salınıb. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.

“Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin” – deyə Prezident İlham Əliyev vurğulayıb.

2017-ci ildə zəruri resurslar səfərbər olunmaqla makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən valyuta bazarlarının mənfi təsirlərindən səmərəli qorunmasına, yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaradıb.

Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb.

Ölkə başçısı 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Dövlətimizin başçısı il ərzində bununla əlaqədar həm respublikamızda, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini bildirib

  Ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun  yeniləşdirilməsi, istehsal  müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi  rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi  rayonu ötən il uğurlara imza atıb.  Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilərək ötən ildə Nəsimi rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub. Rayonda sosial yönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsini yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, həm də turizmin inkişafına böyük imkanlar yaradır.

2017-cı ildə rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət  və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Əsalı təmir və yenidənqurma işləri çərçivəsində 4-ü vağzala, 4-ü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb. Vağzal binasının 2-ci mərtəbəsində 2 saylı “ASAN” kommunal xidməti açılmış   və görülmüş  işlər çərçivəsində 8 yollu platformalarda təmir işləri   aparılaraq   ikitərəfli oturacaqlar quraşdırılmışdır.

   İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak edib. Üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib.

Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat vermişdir. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına verilmişdir. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.

Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirib ki, bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Bu qrupların hər biri 3 otaq olmaqla lazımi inventarla təchiz edilib. Bütün mebel dəstləri və avadanlıq yenisi ilə əvəz olunub. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Üçkorpuslu məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri, müasir uşaq əyləncə qurğuları quraşdırılıb, yenidənqurma işləri aparılıb, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı ərazidə də abadlıq işləri görülüb. Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.

         Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2017-ci ilin yanvar-dekabr ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir.     

         Sənaye. Ev təsərrüfatlarında  sənaye  məhsulu  istehsalı  ilə  məşğul  olanların,  habelə  hüquqi  şəxs  yaratmadan  fiziki  şəxs  kimi   fəaliyyət  göstərənlərin  işi  də  nəzərə  alınmaqla  12.0 % çox sənaye  məhsulu  istehsal  edilmişdir. 

 Nəqliyyat. 2017-ci ilin  yanvar-dekabr aylarında  nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə 367940.0 min manatlıq xidmətlər    göstərilmişdir .

         İnformasiya və rabitə. 2017-ci ilin  yanvar-dekabr aylarında  rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 3 dəfə  çox  rabitə  xidməti  göstərilmişdir.

         Tikinti. 2017-ci ilin yanvar-dekabr aylarında  rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına 556330.1 min  manat  məbləğində  investisiyadan  istifadə  edilmişdir. İstifadə edilmiş  vəsaitin 341494.8 min  manatı tikinti-quraşdırma  işlərinin  yerinə  yetirilməsinə  xərclənmişdir.

    Ticarət. 2017-ci ilin yanvar-dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  26.6  faiz çox  istehlak malları satılmışdır. Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.

         Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 27.9 % çox   ödənişli  xidmət göstərilmişdir.

        E m a l     s ə n a y e s i

        Rayonda mühüm  növ  qida  məhsulları özəl müəssisələr tərəfindən istehsal edilmiş və aşağıdakı  göstəricilərlə  xarakterizə  olunur:  

İaşə xidmətləri

27.6 faiz çox iaşə  xidmətləri göstərilmiş, dövriyyəsinin 100.0 faizi qeyri-dövlət müəssisələrin hesabına formalaşmışdır.

İaşə dövriyyəsinin 50.1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 49.9 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşmüşdür.                                             

         2017-cı  ilin  yanvarın 01-i  vəziyyətinə  rayonun əhalisi    220.9 min  nəfər  olmuşdur.  Ərazisi   10.0  kv. km,  əhalinin  sıxlığı  1  kv km-ə   22090  nəfərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı 2017-cı il ərzində ardıcıl tədbirlər davam etdirilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir.

Görülmüş tədbirlər nəticəsində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində əlavə olaraq 272 işçi  işə götürülmüşdür. Rayonun mikrorayonları ərazisində     9 çoxmənzilli yaşayış binasının təmiri ilə bağlı 259 nəfər iş ilə təmin olunmuşdur.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Azərbaycan Respublikası mülki, mənzil şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən   XIX əsrin sonları və ötən əsrin əvvələrində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının və digər qeyri-yaşayış, sosial təyinatlı obyektlərin sökülərək yenidən qurulması istiqamətində işlərin təşkili üçün il ərzində rayon üzrə ərazilərə baxış keçirilmiş, sahibkarların prosesə cəlb olunması və layihələrin müzakirəsi işləri aparılmışdır. Bir sıra ünvanlar üzrə tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədləri və binaların layihəsi hazırlanmışdır.

Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması üçün hazırlıq işləri aparılmışdır.  İl ərzində 60-dan çox təklifə baxılmış, 31 ünvanla bağlı layihə sənədləşmələri hazırlanaraq müvafiq qaydada razılaşdırılmışdır. Həmin ünvalarda Nazirlər Kabinetinin qərarına uyğun işlərin həyata keçirilməsi “Maşınqayıran” MTK; “Pilot-Həyat” MMC; “Rifah” Plaza; “Gloria Palace” MTK, “ARCHİCO” MMC “Pilot İnşaat-A” MMC; İstehsalat  Kommersiya Şirkəti; “Elm-2017” MMC; “Gold Construction” MMC; “Draft Construction” MMC; “Draft Construction” MMC;  “Pearl Construction” MMC;  “GÖZƏL-BAKI” MMC;  “Avrasiya Construction” MMC;  “Bisütun” MTK;  “Regal” MTK;  “FƏDƏK” MMC; Azadlıq Residence” MMC;  “Avro Qrand” MMC;  “Bakı-Mexanikləşdirmə-1” ASC;  “TEYMUROĞLU” MTK; “MƏK-AN” MMM;  “RUR” MMC;  “Malibo” MMC;  “Yeni Ailə” MMC;  “TAC 1 RESİDENCE” MMC;  “Grand Plaza” MMC; “Y-GROUP CONSTRUCTİON” MTK;  “SAVALAN GROUP” MMC;  “PİLOT-1” MMC;  “Azəri Tikinti Şirkəti” MMC-nə həvalə edilmişdir.  Onlardan 15 ünvanla bağlı köçürmə-söküntü və inşaat işlərinə başlanmışdır. Belə ki,

“Maşınqayıran” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 5 girişli 12 mərtəbəli, 1 ədəd 2 girişli 16 mərtəbəli, 340 mənzilli (bir tərəfi 18 mərtəbəli) binanın 10-cu mərtəbəsi tikilir.

“Pilot Həyat” MMC tərəfindən layihə üzrə tikiləcək  hər biri 2 girişli 16 mərtəbəli olan 2 ədəd  224 mənzilli binanın birinin 8-ci mərtəbəsi tikilir.

“Draft Construction” MMC  tərəfindən layihə üzrə tikiləcək  1 girişli 16 mərtəbəli olan 2 ədəd  224 mənzilli binanın  birinin 1-ci mərtəbəsi tikilir.

“Gold Construction” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 3 girişli 16 mərtəbəli, 192 mənzilli binanın  1-ci mərtəbəsi tikilir.

“ArCHİKO” MMC tərəfindən layihə üzrə tikiləcək 3 ədəd 2 girişli 15 mərtəbəli və 1 ədəd 1 girişli 15 mərtəbəli, 506 mənzilli binaların təməl qazma işləri gedir.

“Regal” MTK  tərəfindən layihə üzrə tikiləcək 2 ədəd hər biri 2  girişli 15 mərtəbəli, 208 mənzilli binaların birinin 6-cı mərtəbəsi tikilir.

“Rifah Plaza” MMC tərəfindən layihə üzrə tikiləcək 2 ədəd hər biri 1 girişli 16 mərtəbəli, 150 mənzilli binaların birinin 6-cı mərtəbəsi tikilir.

“Gözəl Bakı” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 2 girişli 15-16 mərtəbəli, 2 ədəd hər biri 4 girişli 13-14 mərtəbəli,   453 mənzilli binaların birinin 3-cü mərtəbəsi tikilir.

“Fədək” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd, 5 girişli 16 mərtəbəli, 252 mənzilli binanın 2 səviyyədə təməl işləri gedir.

“Bisütun” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 1 girişli, 11 mərtəbəli, 18 mənzilli binanın 0-cı səviyyədən çıxma işləri gedir.

“Pilot İnşaat-A” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 1 girişli 14 mərtəbəli, 1 ədəd 2 girişli 15 mərtəbəli, 1 ədəd 2 girişli 13 mərtəbəli, 1 ədəd 2 girişli 14 mərtəbəli, 349 mənzilli binaların birinin 13-cü, digərinin 12-ci və  III binanın 7-ci mərtəbələri tikilir.

“Gloria Palace” MTK  tərəfindən layihə üzrə tikiləcək 3 ədəd 3 girişli 18 mərtəbəli, 280 mənzilli, “Pearl Construction” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 2 girişli 16 mərtəbəli, 150 mənzilli, “TEYMUROĞLU” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 2 girişli, 1 ədəd 4 girişli, 15-16 mərtəbəli, 336 mənzilli bina, “Malibo” MMC tərəfindən layihə üzrə tikiləcək 2 ədəd 1 girişli, 4 ədəd 2 girişli 12-15 mərtəbəli, 556 mənzilli, “Yeni Ailə” MMC tərəfindən layihə üzrə tikiləcək 2 ədəd 2 girişli 14 mərtəbəli, 260 mənzilli binaların ərazisindəki sakinlər və mülkiyyətçilərlə razılaşma və müqavilələrin bağlanması, tədricən köçürmə və tikinti işləri aparılır.

Ölkə başçısının bu istiqamətdə verilmiş tapşırığının icrası daim nəzarətdə saxlanılır.

          “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə “2017-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Nəsimi rayon Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük verilmiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.

 “Ərazi Məşğulluq Proqramı”na əsasən hesabat dövrü ərzində müraciət gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  225 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.

2017-ci il ərzində 15 orta məktəbdə 1726 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş, peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.

Hesabat dövrü ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan işaxtaran və işsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi Məşğulluq xidmətinin daim diqqət mərkəzində olmuşdur.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə xüsusi diqqət göstərilmişdir.

Hesabat  dövrü  ərzində Məşğulluq Mərkəzi tərəfindən 18 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 3 nəfər qaçqın və məcburi köçkünə isə işsizliyə görə müavinət ödənilmiş, 5 nəfər isə peşə təlimi kurslarına cəlb edilmişdir. 

“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Prezidentinin Fərmanını rəhbər tutaraq  gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması Məşğulluq Mərkəzi qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.

Məşğulluq Mərkəzinin fəaliyyətinin başlıca istiqamətlərindən biri də qadınların işlə təmin olunmasına, onların əmək bazarında rəqabətə davamlı olmasına əməli köməklik göstərilməsi olmuşdur.

2017-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi üzrə qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 3044,8 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq illik plan 90,7% yerinə yetirilmişdir. Pensiya və müavinətlərin ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatından 71852,0 min manat vəsait köçürülmüşdür.

Nəsimi rayon şöbəsində 2017-ci il ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 24045 nəfər (5190 nəfəri işləyən, 18855 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16695 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5372 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 1978 nəfər təşkil edir.

Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları baş verməmişdir.      

   2017-ci il rayon ərazisində Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yaşayış binalarının, evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların  istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması,  yolların, səkilərin, park və bağların, meydanların, hər gün süpürülməsi və yığışdırılması,  yaşıllıq vı qazonlara qulluq göstərilməsi, tullantıların zərərsizləşdirilməsi üçün aidiyyati poliqonlara daşınması istiqamətində ardıcıl işlər görülmüşdür.

        2017-ci il ərzində MKTB tərəfindən yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

Rayon ərazisinin sanitar-təmizlik və ekolioji vəziyyətinə gündəlik nəzarət təşkil olunmuş, sahələr süpürülərək yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmış, nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmiş, yaranan problemlər aradan qaldırılmışdır. 

Rayon İcra Hakimiyyətinin balansında olan binalarda yaşayan əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbulu üçün 356 ünvanda yerləşən qəbul məntəqələri  849 ədəd xüsusi konteyner və 268  ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur. Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri yenisi ilə əvəz edilmiş, eyni zamanda  4 ünvanda yeni zibil meydançası tikilmiş, digərləri təmir olunaraq, ağardılmışdır. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır.

Nəsimi rayonunun mərkəz hissəsində  binaların böyük əksəriyyəti  XIX əsrin sonu, XX əsrin əvvəllərində inşa olunmuşdur və küçələrin ensizliyi, həyət və məhəllədaxili sahələrin olmaması müasir infrastruktur normalara cavab vermir. Bu baxımdan məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsinə, konteynerlərin boşaldılması üçün zibil daşıyan yük maşınlarının lazımi hərəkət şəraitinin yaradılmasına ciddi məhdudiyyətlər yaranır. Ümumiyyətlə qeyd edirik ki, Bakı şəhərinin mərkəz rayonlarından olaraq, Nəsimi rayonu ən sıx əhali sayı olan inzibati ərazidir və həm də burada ən çox ticarət, iaşə, məişət və müxtəlif xidmət sahələri fəaliyyət göstərir. Çoxsaylı iş yerləri və gündəlik olaraq böyük insan axını mövcuddur. Şəhərimizə gələn qonaqların və turistlərin sayı artmaqdadır. Odur ki, şəhərimizin ümumi görünüşünə xələl gətirən halların aradan qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi məqsədilə rayonun bir sıra küçələrində zibil qutularının və meydançalarının yeri dəyişdirilmişdir.

Rayon Sukanal İdarəsi üzrə  01.01.2018-ci il tarixinə   qeydiyyata alınmış   219126 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilir. Hal-hazırda abonentlərin ümumi sayı  72811 abonent təşkil edir, o cümlədən: -əhali sektoru üzrə 65625 abonent, qeyri- əhali sektoru üzrə-7186 abonentdir.

Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Yaşayış məntəqələrinin  92.2%-i, yəni 202000 nəfərdən çox  əhali  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. Qalan əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.

            Nəsimi rayonu üzrə  1 saylı İSİS-n ərazisində olan 26 ədəd məhəllədaxili qazanxana və 19 ədəd  istilik məntəqəsi,  istilik  enerjisi istehsal edərək  tələbatçıları  fasiləsiz istilik enerjisi ilə təmin edilmişdir.

           2017-ci il ərzində qazanxanaların iş rejimi tənzim olunmuş, qazanxanaların fasiləsiz , keyfiyyətli  istilik enerjisi istehsal etməsi üçün yaranan qüsurlar aradan qaldırılmışdır.

           Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi üzrə 68384 əhali abonentləri, 7644 qeyri əhali abonentləri mövcuddur. Ümumi 76028 abonentə məxsus sayğacların 27531-i Uzaq Məsafədən İdarə olunan SMS tipli sayğaclardır. Bunalardan  25587 abonent əhali, 1944 abonent qeyri əhali abonentlərinə məxsusdur.

Hesabat ilində Nəsimi   Rayon   İcra   Hakimiyyəti   Başçısının  Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.

2017-ci il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.

Yanvar ayında rayonun 1, 2 və 3  saylı sahə inzibati ərazi dairəsi üzrə   nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.

Yanvar ayında 20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin Tədbirlər planı çərçivəsində yanvar ayının 17-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə  iştirak edən rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının və birliklərinin nümayəndələri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. 20 Yanvar Respublika cəmiyyətinin sədri Sultan Əzimzadə, Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, 2-ci qrup əlil Tofiq Allahverdiyev çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Görüşdə   şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.

Yanvar ayının 18-də 1 saylı tam orta məktəbdə H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin və məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi  ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 Rayonun ali və orta  məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar yığıncaqlar və toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur.

Rayonun   orta məktəblərində  20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində  keçirilən tədbirlərdə  rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.

20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində   şəhidlərin ruhuna dualar oxunmuşdur.  Bu tədbirlər və  görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Nəsimi rayon İcra Hakimiyyətinin  “Narkomaniya  və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”nın  tədbirlər planına əsasən  yanvar  ayının 24-da  Nəsimi rayonu 46 saylı məktəbdənkənar tərbiyə işi Mərkəzində “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdir.

Gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər təşkil edilib keçirilir.

 Nəsimi rayon ictimaiyyətinin, xüsusilə gənclərin  iştirakı ilə   yanvar ayının 27-də  Akademik Milli Dram Teatrında yazıçı-dramaturq  Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasına baxış keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və ümumən, talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.

Nəsimi Rayon  İcra Hakimiyyəti tərəfindən  yanvar ayının 27-də 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə humanitar qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyası B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Mərkəzi qan bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən  əziyyət çəkənlərə dəstək olaraq  keçirilmişdir. Qanvermə aksiyasında Nəsimi rayonu ərazisində yerləşən idarə və təşkilatların, orta təhsil müəssisələrinin  kollektivləri, ümumiyyətlə, 500-dən çox könüllü  iştirak etmişdir.

2 Fevral – Azərbaycan Gəncləri günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir.  Fevral  ayının 1-də Azərbaycan Gəncləri günü ərəfəsində Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş, 1000 nəfərdən çox gəncin  iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə  rayonun istehsalatda, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə və gənc kollektivə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Nəsimi gənclərini təbrik edənlər Milli Məclisin üzvləri - Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Hüseynov, Ülvi Quliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gərayzadə, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Əfqan Abdullayev, Azərbaycan Universitenin rektoru Fərid Əhmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan  Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov və digər rəsmilər iştirak etmişlər. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

Fevral ayının 2-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2017-ci il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Toplantı iştirakçıları adından möhtərəm Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olunurdu.

Yekun hesabatda 2016-cı il ərzində görülən işlərdən bəhs edən film nümayiş olunmuşdur. Həmçinin tədbir iştirakçılarına nəfs şəkildə tərtib olunmuş Nəsimi rayonu jurnalı təqdim edilmişdir. Sonda rayonun yubilyarlarına və idman qaliblərinə Nəsimi RİH-in xatirə hədiyələri təqdim olundu.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.  

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində o, cümlədən Bioloji Təbabət Klinikasında da  əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdu.

Tibbi müayinələrin başlandığı fevral ayının 15-dən may ayının 1-dək olan müddət ərzində rayon üzrə 110 min nəfərə qədər sakin müayinələrdən keçmişdir.  Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış, onlar ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş,  onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür.  Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlik, ongünlük və aylıq yekunlar araşdırılmışdır. Əhalinin tibbi müayinəsi zamanı  aşkar edilmiş xəstəliklərlə bağlı ambulator və stasionar müalicələr təyin edilmişdir. Aşkar edilmiş xəstəliklərlə bağlı 30 nəfər aztəminatlı rayon  sakininin  üzərində Nəsimi rayon İcra Hakimiyyətinin müraciətinə əsasən Kliniki Tibbi Mərkəzdə cərrahiyyə əməliyyatları aparılmışdır.   

Fevral ayının 6-da Nəsimi Rayon İcra Hakimiyyətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib. Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır. Tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.

Fevral ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi, Yasamal və Nərimanov rayon Prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə seminar müşavirə keçirilmiş,  iştirakçılar “Fitnə” filmini izləmişlər. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahin Həsənli iştirak etmişlər.

Fevral ayının 11-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini - Nəsimi rayon YAP Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı bir qrup fəal gənclərlə Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar. Milli Qəhrəmanın Qusarın Şəhidlər xiyabanındakı qəbri ziyarət olunub, onun orta təhsil aldığı Həzrə kənd tam orta məktəbin kollektivi ilə görüş olub. Məktəbdə keçirilən görüşdən sonra Milli Qəhrəmanın ailə üzvləri ziyarət olunub.

 Fevral ayının 13-də  Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasının 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə bir qrup şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, məktəblərin hərbi rəhbərlərinə və 2016-cı ilin aprel döyüşlərində şücayət göstərən əsgər və zabitlərə xatirə hədiyyələri və gül dəstələri təqdim edilmişdir.

Fevral ayının 15-də  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın növbəti yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında»  30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə bağlı rayon İcra Hakimiyyəti, yerli strukturlar, hüquq-mühafizə orqanları, bələdiyyə, mənzil kommunal təsərrüfatı və  xidmət sahələrinin qarşısında duran vəzifələrin geniş müzakirəsi aparılmışdır. Şuranın iclasında Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətində keçirilən geniş müşavirədə verilən tapşırıqların yerinə yetirilməsi istiqamətləri  müəyyənləşdirilmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir.

Fevral ayının 17-də  8 №-li tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili Dəyərə çevirək" devizi altında “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında V-IX sinif şagirdləri və məktəbin tarix, ana dili və ədəbiyyatı fənni müəllimlərinin birgə hazırladığı tədbir keçirilmişdir.

Fevral ayının 17-də  Nəsimi rayon İcra Hakimiyyətinin  “Narkomaniya  və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın  tədbirlər planına əsasən   Nəsimi rayonu 1 №-li tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat  tərzinin təbliğ edilməsi olmuşdur.

«Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Nəsimi rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirimiş, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunub keçirilmişdir.

  Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin  Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası  təşkil olunmuşdur.

  Faciənin ildönümü ərəfəsində - fevral ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Xocalı sakinləri ilə görüş zamanı tədbir iştirakçılarının  müraciətlərinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  tərəfindən fərdi qəbul təşkil edilmişdir. Qəbul zamanı  onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar  verilmişdir. Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  yardımlar  göstərilmişdir.

Fevral ayının 23-də Gənc Tamaşaçılar  Teatrında  Xocalı faciəsindən bəhs edən  “Arzu və Murad” adlı  tamaşasına  Nəsimi rayon ictimaiyyətinin  baxışı keçirilmişdir. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş  “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.

Tədbirdən  əvvəl  qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirtmişdirlər.

 Fevral ayının 24-də Nəsimi rayon ictimaiyyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılmışdır.

Fevral ayının 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqili anım mərasimi keçirilib. Mərasimdə Bakı Musiqi Akademiyasının dirijoru Fuad İbrahimovun rəhbərliyi altında Gənclər Kamera Orkestrinin müşayiətilə C.Albinoninin “Adajio”, İ.Baxın “Ariya”, F.Şopenin “Noktyurn c-moll”, F.Əmirovun “Nizami” simfoniyasından final hissə, V.Adıgözəlovun “Qərənfil”, “Şuşa”, M.Mirzəyevin “Dahi ustad Ü.Hacıbəyliyə ithaf”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin göz yaşları”, Fərhad Bədəlbəylinin “Ave-Mariya” əsərləri səsləndirilib. Tədbir Qara Qarayevin “Matəm Odası” ilə yekunlaşıb.

  Fevral ayının 24-25-də rayonun  bütün ali və orta məktəblərində keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, divar qəzetləri buraxılmış, inşa müsabiqəsi keçirilmişdir.

Fevral ayının 24-26-da  Nəsimi rayon nümayəndə heyəti İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişdilər. Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Anım tədbiri 2015-ci ildə İzmit şəhərinin Yenişəhər məhəlləsində parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə təşkil edilmişdir. Tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.

Nəsimi rayon nümayəndə heyəti həmçinin İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişlər. Qonaqlar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasında, Kocaeli Universitetində, Kocaeli Heydər Əliyev Kültür Mərkəzində, TADEF-da yeni yaradılmış Xocalı muzeyində keçirilən tədbirlərdə iştirak etmişlər. Kocaeli Universitetində 600 nəfər müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən anım tədbirində erməni vəhşiliyi, erməni vandalizmi bir daha lənətlənmişdir.

Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.

 Ukrayna səfirliyi tərəfindən Ukrayna və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər    keçirilmişdir. Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycana səfərləri çərçivəsində fevral ayının 21-də  Nəsimi rayonu ərazisində yerləşən görkəmli şair Taras Şevçenkonun abidəsini ziyarət ediblər. İşçi qrupun üzvləri Nəsimi rayonu ərazisində yerləşən Ukraynanın Azərbaycandakı konqresinin ofisinin açılış mərasimində də iştirak etmişlər.

Mart ayının 1-də 8 №-li tam orta məktəbdə “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda tədbir  keçirilmiş və   “Fitnə” filmi nümayiş olunmuşdur. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilmişdir.

Mart ayının 3-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublika Velotrekində 5 mart -  Bədən tərbiyəsi və idman günü qeyd edilmişdir. İdman bayramı tədbirində rayonun tam orta məktəblərində təhsil alan idmanla məşğul olan, Dünya, Avropa yarışlarında,  Respublika və Bakı şəhər Çempionatlarında qalib olmuş məktəblilər iştirak ediblər. Azərbaycan Velosiped Federasiyasının velosipedçilərinin bayraqlarla yürüşü ilə başlanan  idman bayramında müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları və məktəblilərin hazırladıqları flaşmob tamaşaçıların alqışları ilə qarşılanmışdır. Tədbir konsertlə davam etmişdir.

Mart ayının 7-də  RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə «Maestro»  restoranında tədbir və konsert təşkil olunmuşdur.  Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin  hədiyyələri  təqdim olunmuşdur.

Mart ayının 9-da  Taras Şevçenkonun anadan olmasının 203-cü ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər. Anım mərasimdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış etmiş, Bakı Slavyan Universitetinin tələbələri  T.Şevçenkonun ölməz əsərlərindən nümunələr səsləndirilmiş, Ukrayna diaspor təşkilatının uşaq yaradıcılıq qruplarının ifasında şairin həyat və yaradıcılığına həsr olunmuş səhnəciklər göstərilmişdir.

Nəsimi rayonunda  Novruz  bayramının keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, bağlarda, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində və mədəniyyət ocaqlarında baharın gəlişinə həsr olunmuş tədbirlər hazırlanmışdır. Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq  işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq  belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunmuşdur.

Mart ayının 13-də  Novruz bayramı ərəfəsində  3-cü mikrorayon Rəşid Məmmədov küçəsi 15  ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 120 mənzilli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə 150 ağac əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

   Mart ayının 14-də xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu”nda olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

 Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.
       16-19 mart  2017-ci il  tarixlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan 27 nəfər məktəbli, 2 nəfər rəhbər və 1 nəfər tibb bacısı Naxçıvan Muxtar Respublikasına səfər etmişlər.

İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçıların qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.

Mart ayının 15-də RİH-də  turda iştirak edən şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə turun məqsədi barədə məlumat verilmiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışılmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulamışdır.

Tədbirdə ilk dəfə olaraq Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə  ifa edilmiş, sonra məktəblilərin iştirakı ilə çəkilmiş “Ölkəmizi tanıyaq” klipi tədbir iştirakçılarına təqdim olunmuşdur.Mart ayının 16-da məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınması mərasimləri keçirilmişdir. Tur iştirakçıları  Naxçıvan şəhərində “Duzdağ” otelində yerləşdirilmişlər.

Turlar zamanı məktəblilərimiz Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər  Əliyev Muzeyi ilə tanış olmuşlar. Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi,  “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası, Naxçıvan Dövlət Universitetində, Naxçıvan Avtomobil zavodunda, “Gəmiqaya Mineral Sular” MMC-də, Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyini və “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.

Həmçinin Ordubad şəhərinə səyahətlə davam etdirilmiş və burda şagirdlər Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad rayon Tarix-Diyarşünasliq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar.  Daha sonra Şahbuz rayonuna səfər çərçıvəsində tur iştirakçıları Şahbuz şəhər 2 nömrəli orta məktəbi, “Farma-Şah”MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası və Ağbulaq İstirahət Mərkəzində olmuşlar. Culfa rayonuna səfər edən tur iştirakçılar  Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət  Muzeyi  ilə tanış olmuşlar.

Sonra Naxçıvan şəhərinin Gənclər Mərkəzində Naxçıvan MR-nın Gənclər,  İdman naziri və Təhsil naziri ilə  tur iştirakçılarının görüşü keçirilmişdir.

Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır.

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərimizin Naxçıvan Muxtar  Respublikası ilə tanışlığı uğurla başa çatmış, şagirdlərimiz bu möhtəşəm layihədən məmnun olduqlarını bildirmiş və layihənin yaradıcısı olan Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək bundan sonra daha da səylə çalışacaqlarına, yaxşı oxuyacaqlarına söz vermişlər.

 Mart ayının 16-da Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmişdir. Tədbirdə   tanınmış incəsənət ustalarının çıxışları əsgərlərdə xoş təəssurat bağışlamışdır.

Novruz bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində yaşayan uşaqlara bayram sovqatları aparılmışdır. Nümayəndələr  körpələr evindəki    valideyn himayəsindən məhrum olmuş uşaqlarla   görüşmüş,  onların vəziyyəti ilə maraqlanmış,  uşaqlara hədiyyələr təqdim edilmişdir.

Mart ayının 17-də Novruz bayramı tədbirləri çərçivəsində İmperial şadlıq sarayında Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qırmızı Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən  yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz  və s. aztəminatlı ailələrin üzvlərinə,  ümumilikdə 2500-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən  Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri məcburi köçkünlərin, ictimai birliklərin  nümayəndələri, iş adamları  və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Mart  ayının 17-də Nəsimi rayonunda yeni Loqistika mərkəzi - Yaşıl market istifadəyə verilmişdir.  Nəsimi rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə loqistika mərkəzinin tikintisi “ 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuşdu.  1,6 ha sahədə yerləşən  Yaşıl marketdə 1500 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Yeni istifadəyə verilmiş Yaşıl marketdə  1000 ədəd piştaxta, 28 ədəd müasir tipli mağaza, 5 soyuducu kamera, 200 avtomobil üçün dayanacaq sahəsi mövcuddur.

Mərkəzin açılışında Azərbaycan  Respublikası Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, İqtisadiyat naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Sahibkarlığa Kömək Milli fondunun icraçı direktoru Şirzad Abdullayev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı iştirak etmişlər. Qonaqlar geniş ərazidə yerləşən açıq və bağlı satış məntəqələrini gəzmiş, ayrı-ayrı pavilionlarla tanış olaraq alıcılarla söhbətlər etmişlər. Pavilionlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan müxtəlif çeşiddə kənd təsərrüfatı, ərzaq və qida məhsullarının satışı təşkil olunmuşdur. Mərkəzdə həmçinin məhsulların topdan satışının təşkili üçün sərgi pavilionu mövcuddur. Açılış mərasimi Novruz bayramına məxsus tərtibatla bəzədilmiş və əyləncəli bayram konserti təşkil olunmuşdur.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.  Bu ilin may ayında Kaliforniyada Nəsimi rayonu üzrə nümayəndə heyətinin təşkilatçılığı ilə keçiriləcək proqrama Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlərin təşkil edilməsi, “Əli və Nino” filminin nümayiş etdirilməsi, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi tədbirləri daxil edilmişdi.

Mart ayının 17-də   Baş Konsulluq tərəfindən təklif edilmiş San Dieqolu fotoqraf  Nikolas Agelidisin Bakıya səfərinin ilk günündə  Nəsimi rayon İcra hakimiyyətində görüş  təşkil edilmişdir.

Tanınmış fotoqrafın “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi üçün paytaxtımıza 10 günlük səfəri çərçivəsində proqramı tərtib olunmuş və Bakı şəhərinin sərgidə nümayiş ediləcək fotoşəkillərinin çəkiliş ünvanları müəyyənləşdirilmiş, qonağın səmərəli fəaliyyəti üçün bütün müvafiq şərait yaradılmışdır. Tanınmış San Dieqolu fotoqraf Nikolas Agelidis Azərbaycana səfər etdiyi üçün məmnun olduğunu,  Bakı şəhərinin gözəlliyinə ilk anlardan heyran olduğunu bildirdi. Foto sərgi üçün çox maraqlı və zəngin material- şəkillər çəkə biləcəyini bildirmişdir. Görüşün sonunda Nəsimi rayon İcra hakimiyyəti tərəfindən tanınmış San Dieqolu fotoqraf  Nikolas Agelidisə xatirə hədiyyələri təqdim edilmişdir.

  Mart ayının 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi  rayonu  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilmişdir. Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Əməkdar artist Fuad  İbrahimovun müşayəti ilə musiqi əsərlərini səsləndirmişlər. Məktəbin şagirdlərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər keçirilmişdir. Nəsimi rayonu ərazisində  2373    ailə  olmaqla 8713 nəfər məcburi köçkün məskunlaşmışdır. Onların mənzil məişət şəraitlərinin  yaxşılaşdırılması, işlə təmin olunmaları istiqamətində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Müşavirədən sonra  Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan  “Bakı Tikiş Evi” SC-də görüş təşkil edilmiş,  məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülərək bu müəssisədə 150-nəfərə  yaxın məcburi köçkün işlə təmin olunmuşdur.

  Mart ayının 31-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları, Nəsimi  rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. C.Naxçıvanski adına hərbi liseyin xidmətdə fərqlənən bir qrup kursantına rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdu.   Nəsimi rayon 8 saylı tam orta məktəbin “Şahinlər” hərbi komandası üzvlərinin hərbi and içməsi və hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının  ifasında mahnılar tədbir iştirakçılarının  alqışları ilə qarıəlanmışdır.

31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Belə ki,  rayonda yerləşən tam orta məktəblərdə  sərgilər təşkil olunmuş, dəyirmi masalar, konfranslar,  rəsm sərgiləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində  birinci dərs soyqırım tarixinə həsr olunmuşdur. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən mart ayının 31-də rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin   Təsviri Sənət qalereyasında Nəsimi məktəblilərinin rəsm sərgisi  keçirilmişdir. Tədbirdə 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuş, çəkdikləri rəsmlərə görə 10 nəfər məktəbliyə Rayon İcra Hakimiyyətinin diplomları təqdim edilmişdi.

Aprel ayının 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi  rayonu  Şövkət Ələkbərova adına  20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert keçirilmişdir. Musiqi məktəbinin şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Xalq  artisti  Fəxrəddin Kərimovun  müşayəti ilə musiqi əsərlərini səsləndirmişlər.  1967-ci ildə fəaliyyətə başlayan Nəsimi  rayonu  Şövkət Ələkbərova adına  20 nömrəli  11 illik musiqi məktəbində şagirdlər 12 ixtisas üzrə təhsil alırlar. Məktəbi bitirən məzunlardan 500 nəfəri təhsilini davam etdirərək profesional  musiqiçi olublar. Məktəbin məzunları  dünyanın müxtəlif mədəniyyət ocaqlarında -  ABŞ, İngiltərə, Almaniya, Rusiya, Türkiyə, İsrail kimi xarici ölkələrdə milli mədəniyyətimizi uğurla təmsil edirlər.

Aprel ayının 5-də  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclası keçirilmişdir. Şura iclasında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəsisələrinin, orta təhsil və məktəbəqədər müəsisələrin, səhiyyə, mədəniyyət, xidmət sahələrinin  rəhbərləri, dini icmaların, qeyri-hökümət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar may ayının 12-22-si tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunları ərəfəsində rayon ərazisində müvafiq tədbirlərin keçirilməsinin vacibliyi qeyd edilərək qarşıda duran vəzifələr, abadlıq işlərinin aparılması, yeni yaşıllıqların salınması, park və bağlarda əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq şəraitin yaradılması istiqamətində görüləcək işlər müəyyənləşdirilmişdir.

Şuranın iş planına uyğun olaraq “Nəsimi rayonu üzrə  əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər haqqında” məsələ ətrafında  müzakirə aparılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda görülmüş işlərdən danışaraq rayon ərazisində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində müəyyənləşdirilmiş vəzifələrin ciddi şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanmış, Heydər Əliyev fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Məktəb bağları” lahiyəsinin Nəsimi rayonunda həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilərək lazimi işlərə başlanıldığı bildirilmişdi. Həmin tədbirlər çərçivəsində şənbə günləri rayon ərazisində iməciliklərin keçirilməsi, ağac və gül kolları əkilməsi, mövcud yaşıllıqlara qulluqların göstərilməsi, rayon məktəblərində “Məktəb bağları” lahiyəsi çərçivəsində meyvə ağaclarının əkilməsi nəzərdə tutulmuşdu.

Aprel ayının 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  Nəsimi rayonunda “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilmişdir. Təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilmişdir. Təlimdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə uşaqlara qayğı işinin dövlət siyasəti səviyyəsində həyata keçirildiyini bildirmiş, yeni nəsilin sağlam, tərbiyəli və bilikli böyüməsi ilə bağlı rayonda gerçəkləşdirilən davamlı layihələrin humanist mahiyyətinidən danışmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva və aparıcı məsləhətçisi Fərid Ədilov uşaq hüquqları ilə bağlı Nəsimi məktəblilərini məlumatlandırmışlar. 

2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilmişdir.

Aprel ayının 6-da Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı  tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, Aprel döyüşlərinin ildönümü münasibəti ilə Gənclərin  Zəfər yürüşü təşkil edilmişdir. Əllərində Azərbaycan bayraqlarını tutmuş   gənclər  izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək Vətənə, Bayrağa və Xalqımıza olan  ehtiram və sevgilərini bildirmişdilər. Yürüşdə 5 minə yaxın gənc  iştirak edirdi. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrinin -  Azərbaycan Dövlət Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri daha fəal iştirak etdilər və xüsusilə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinin tələbələrinin apardıqları böyük Azərbaycan bayrağı yürüşə xüsusi rəng qatmışdı. 

Aprel ayının 7-də   Nəsimi rayon məktəblilərinin iştirakı ilə “Aprel döyüşləri dərslərinə” start verilmişdir. Tədbirdə rayon məktəbliləri ilə birlikdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin iştirakçıları Ramal İbrahimov, polkovnik leytenantlar Eldəniz Sadıqov, Vüqar Mirzəyev, Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Elşən Uluxanlı  və digər qonaqlar iştirak etmişdilər. 151 saylı məktəbin tarix müəllimi Murad İsmayılovun təqdimatında  Aprel döyüşləri dərsinə başlanmışdı. Hazırlanmış slaytla Qarabağ müharibəsi və Aprel döyüşləri haqqında məktəblilərə məlumat verilmişdi.  

Aprel ayının 7-də Azərbaycan Universitetində aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib.  Tədbirdə Universitetin rektoru Səadət Əliyeva, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Qurban İsmayılov, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Həbib Məmmədov, şəhidin ailə üzvləri və tələbələr iştirak edib.

Nəsimi  rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməciliklər  keçirilmişdir.

Aprel ayının 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iməcilik   təşkil edilmişdir. Rayonun 4-cü mikrorayon ərazisində yerləşən 111 saylı tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir. Məktəbin həyətində hazırlanmış kompozisyalara baxış keçirilmiş, sonra məktəblilərin ifasında şən musiqi nömrələri ifa olunmuşdur. Daha sonra “Məktəb bağları” layihəsi çərçivəsində  rayonun 174 saylı körpələr evi-uşaq bağçasının həyətində də iməcilik davam etdirilmiş, mövcud yaşıllıqlara qulluq edilmiş, körpələr evi-uşaq bağçasının həyətində müxtəlif meyvə ağacları  əkilmişdir. Uşaq bağçasının həyətində təbii meyvələrdən ibarət müxtəlif kompozisiyalar hazırlanmış, azyaşlılar kompozisiyalar ətrafında şən mahnılar ifa  edərək, rəqs etmişlər. Keçirilən aksiya azyaşlılarda təbiətə, yaşıllıqlara qarşı böyük maraq hissi yaratmış, onların valideynləri tərəfindən razılıqla qarşılanmışdır. “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayonunda   keçirilən  iməcilikdə meyvə ağaçları əkilmişdir.

Aprel ayının 8-də  ümumrayon iməcliyi zamanı rayonun 4-cü mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 1, 2B, 3, 4B, 16B ünvanlarında mövcud yaşıllıqlara qulluq göstərilmiş, yeni ağaclar əkilmişdir. 4-cü mikrorayon ərazisində salınmış Mir Cəlal küçəsindəki parkda mövcud yaşıllıqlara xidmət göstərilmiş, parkın ərazisinə gül kolları əkilmişdir. Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçirilən iməcilikdə ağac əkilmiş, əvvəllər əkilmiş ağaclara qulluq göstərilmiş, mövcud yaşıllıqlar suvarılmış, qazonlar  döşənmişdir. Ağaclar əkilmiş ərazilərdə abadlıq işləri aparılmiş, ərazilər məişət tullantılarından təmizlənmiş,  yeni asfalt örtüyü döşənmiş, yeni bardürlər salınmışdır.  Paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən ümumrayon iməciliyində  rayonun idarə, müəssisə  və təşkilatları, ümumilikdə 800 nəfərdən  çox insan iştirak etmişdir.

Aprel ayının 10-da Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın doğum günü münasibəti ilə şənlik təşkil edilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri  tərəfindən körpələr evində yaşayan Məmmədov  Elman  üçün hədiyyələr, oyuncaqlar alınmış, uşaqların bayram şənliyinin maraqlı keçməsi üçün rəngarəng şarlar, meyvələr, şirniyyatlar və ad günü tortu təşkil edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar qonaqlarla birlikdə əylənmiş, rəqs etmişlər.

Aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci  ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə edilmiş,  İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görüləcək işlər qeyd olunmuşdur. Milli Məcsilin üzvləri Məlahət İbrahim qızı, Ziyad Səmədzadə  və  Asim Mollazadə hesabat yığıncağının işində iştirak etmişlər.

Aprel ayının 14-də 54  saylı məktəbin tarix müəllimi Zeynal Qasımovun təqdimatında növbəti “Aprel döyüşləri” dərsi keçirilmişdir  Z.Qasımov hazırladığı slaytla Qarabağ müharibəsi  və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat vermişdi.

“Qarabağ həqiqətləri tarixi” İctimai Araşdırmalar  Birliyinin sədri Əlövsət Qasımov və   Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili  Azər Quliyev məktəblilər qarşısında çıxış edərək Qarabağ müharibəsi zamanı  mənfur ermənilərin Qarabağda  dinc əhalinin başına gətirdiyi işgəncələrdən danışmış,  iştirak etdikləri döyüşlər haqqında məktəblilərə məlumat vermişdirlər.

Aprel ayının 18-də 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi  rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir. Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası  I  yerə, 54 saylı tam orta məktəbin komandası  II  yerə, 151  saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.

Aprel ayının 18-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin konfransı keçirilmişdir. Hesabat məruzələrinə dair çıxışlardan sonra yenidən Aygün Məmmədova Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri, Qədir İsayev isə təftiş komissiyasının sədri seçilmişdi. Konfransda Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar  İttifaqının VI qurultayına nümayəndələr seçilmişdir.

Aprel ayının 18-də  Nəsimi rayonunda “Yaşıl market”də kənd təsərrüfatı məhsullarının satış mərkəzində xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüş keçirilmişdi. Qonaqlar  geniş ərazidə yerləşən açıq və bağlı satış məntəqələrini gəzmiş, ayrı-ayrı pavilionlarla tanış olaraq söhbətlər etmişlər. Pavilionlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan müxtəlif çeşiddə kənd təsərrüfatı, ərzaq və qida məhsulları - satışa çıxarılan Azərbaycan məhsulları ilə tanış olmuşlar. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri əməkdaşlıq üçün burada imkanların olduğunu və bu barədə öz ölkələrinin müvafiq qurumları ilə danışıqlar aparacaqlarını bildirmişlər.

Aprel ayının 19-da Nəsimi  rayonundakı orta məktəblərin VII sinif şagirdləri arasında təşkil olunmuş «Coca-Cola Məktəbli kuboku»nun yarışlarına start verilmiş, rayon ərazisində yerləşən 26 orta ümumtəhsil müəssisəsinin komandaları mübarizə aparmışlar. Açılış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin, AFFA-nın, Nəsimi rayon Gİİ-nin nümayəndələri iştirak etmişlər.

Aprel ayının 19-da  Azərbaycan Universitetində “Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda” mövzusunda IV beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbir Azərbaycan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Nəsimi rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyənin Anadolu Universiteti və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

Aprel ayının 21-də 46  saylı tam orta  məktəbin tarix müəllimi Fatimat Əliyevanın   təqdimatında  növbəti “Aprel döyüşləri dərsləri” keçirilmişdir.
 Hazırlanmış slaytla Qarabağ müharibəsi  və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat vermişdi. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Azər Quliyev  məktəblilər qarşısında çıxış etmişdir.

Aprel ayının 21-də Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada  Aprel döyüşlərində şəhid olmuş əsgərlərin xatirəsinə həsr edilmiş “Aprel zəfəri” adlı tədbir keçirilmişdir.  Tədbirdə Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Qafqaz Müsəlmanları idarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli, Elitar Gimnaziyanın valideyni olmuş Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova  və şəhid mayor Rasim Məmmədovun qardaşı Aslan Məmmədov, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə  və diğər qonaqlar çıxış edərək  bildirmişdilər ki, Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Aprel ayının 22-də  rayonun 4-cü mikrorayon ərazisində yerləşən 5 saylı tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir. İməcilik zamanı 4-cü mikrorayon Ə.İskəndərov küçəsində yerləşən br sıra yaşayış binalarının həyətlərində, binaların qarşısındakı  məhəllələr arasındakı  ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş ümumi istifadə üçün olan torpaq sahələri, yollar və keçidlər, kortəbii çəpərlənmiş sahələr, yöndəmsiz dəmir konstruksiyadan quraşdırılmış qanunsuz tikililər sökülmüş, ağaclar budanmış, ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılmış, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Abadlıq, qururuculuq və yaşıllaşdırma işləri 2-ci mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 2, 9, 29, 32 və 4-cü mikrorayon ərazisindəki Mir Cəlal küçəsi 54, 56 ünvanlarda davam etdirilmişdir. Keçirilən  iməcilik zamanı ərazidən 100 maşından artıq məişət tullantısı daşınmışdır. Məhəllələrdə aparılan abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanmış, görülən işləri yüksək qiymətləndirərək  davamlı olmasını xahiş etmişlər. İməcilikdə ağac əkilmiş, əvvəl əkilmiş ağaça qulluq göstərilmişdir.

Aprel ayının 24-də bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı  Nəsimi  rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilmişdir. Çernobılçılar adından çıxış edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, cəmiyyətin Nəsimi  rayon təşkilatının sədri Xələf Həsrətov və  “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev  onlara göstərilən diqqət və qayğıya görə ökə rəhbərinə minnətdarlıqlarını birdirmişdilər.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.

Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftolmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi Nəsimi  rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar günlə  bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir  sıra tədbirlər  təşkil olunmuşdur.  Tədbirlər çərçivəsində rayonun  orta  məktəblərində görkəmli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, rəsm əsərləri sərgisi, idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.

Aprel ayının 26-da Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və  Tibb Universitetinin rektoru oftolmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişdirlər.  Daha sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya”  kafedrasının müdiri professor Paşa Musayev  və “Oftalmologiya”  kafdrasının dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişlər. 

Aprel ayının 26-da   Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən fiziki qüsurlu şagirdlərin təhsil aldığı  11 və 268 saylı xüsusi məktəblərin şagirdlərinin Bioloji Təbabət Klinikasında pulsuz tibbi müayinəsi təşkil edilmiş,  tədbirdə müayinədən keçmiş uşaqlara eynəklər təqdim olunmuşdur.

Aprel ayının 26-da  Nəsimi  rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da  görkəmli elm xadimi  Zərifə xanım Əliyevanın  əziz xatirəsinə həsr olunmuş  Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Millət vəkilləri, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər. Sərgidə Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti», həmçinin xalq rəssamları  Baba Əliyev, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Vəcihə Səmədovanın, Xalidə Səfərovanın, Salam Salamzadə, Ağa Mehdiyev, Asəf Cəfərov  və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərləri nümayiş olunmuşdur. Tədbirdə xalq artistı Samir Cəfərov “Ana”mahnısı,   Bakı Musiqi Akademiyasının tələbələri Mədinə Ağayeva, Vüsal Aydəmirov və Alp Əliyev müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər.

Aprel ayının 26-da  R.Behbudov adına Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin  tələbələrinin konserti  keçirilmişdir. Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin   Simli alətlər Orkestrinin,  Nəfəs və zərb alətləri orkestrinin, Xalq çalğı alətləri ansamblının,  Xor kollektivinin ifasında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa olunmuşdur.

Aprel ayının 28-də Nəsimi rayonunda görkəmli alim, oftalmoloq, ictimai xadim Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş tədbirlər 
çərçivəsində rayonda yaşayan əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə -  ümumilikdə 250-dən çox ailəyə ərzaq bağlamaları təqdim edilmişdir.

May ayının 1-də Bakı Slavyan Universitetinin akt zalında BSU və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçirilmişdir. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral çıxış edərək Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin gənc nəslə diqqət və qayğının artırılması,  respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olduğunu bildiriblər. Konfrans 4 bölmədə öz işini davam etdirib. Konfransın bağlanışında bölmə iclaslarının moderatorlarının hesabatları dinlənilib, iştirakçılara sertifikat və diplomlar təqdim edilib.

May ayının 2-də görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyi ilə əlaqədar Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında konsert proqramı keçirilmişdir. Konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin nümayəndələri iştirak etmişlər. Konsert proqramında bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin,  İncəsənət Gimnaziyasının və Qara Qarayev adına 8 saylı musiqi məktəbinin şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət canlı musiqi (vokal, estrada, caz, orkestr, kinofilmlərdən musiqi) və rəqs nömrələri təqdim edilmişdi. Akademiyanın foyesində görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi təşkil olunmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar paytaxtın Nəsimi  rayonunda silsilə tədbirlər keçirilmiş,   idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.

May ayının 2-də Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kamera və orqan musiqisi zalında  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  konserti keçirilmişdir.
Musiqi məktəbinin istedadlı şagirdləri Q.Qarayev adına  Azərbaycan Dövlət Kamera Orkestri və dirijor Xalq artisti Teymur Göyçayevin  müşayəti ilə musiqi əsərlərini səsləndirmişlər.

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər, veteranlarla görüşlər,  rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur.

May ayının 3-də Nəsimi  rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş “Heydər Əliyev - xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider” adlı təntənəli tədbir keçirilmişdir. Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Ağacan Abıyev, Rauf Əliyev, Aydın Hüseynov, Fərəc Quliyev, Kamran Nəbizadə, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Azər Badamov,Vahid Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva  və digər rəsmi qonaqlar iştirak etmişlər.  Azərbaycan Televiziyasının Dilarə Əliyeva adına “Dan Ulduzu” ansamblının iştirakı ilə keçirilən konsertdə  Emin Sabitoğlunun, Soltan  Hacıbəyovun, Ramiz Mirişlinin, Elza İbrahimovanın  əsərləri ifa edilmiş və tanınmış incəsənət nümayəndələrinin – Lalə Məmmədova, Zakir Əliyev, Sabir Piriyev və digərlərinin  ifaları, xüsusilə Fəridə Hüseynovanın ifasında Sevil Əliyevanın “Xatirə” əsəri mərasimi daha rəngarəng etmişdir. Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd göstərilmişdir.

May ayının 4-də Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və maddi yardımlar verilmişdir. Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən  Böyük Vətən Müharibəsi veteranları ilə yaşadıqları mənzillərdə görüş olmuş, onlara bayram sovqatları çatdırılmışdır.

Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlərin keçirilməsi barədə Azərbaycan Respublikasının Los Аnceles şəhərindəki Baş Konsulluğunun təklifi nəzərə alınaraq, Nəsimi rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti ötən ilin may ayının 05-15 tarixlərində АBŞ-ın Кaliforniya ştatına səfər etmişdir.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycanın tanınmış sənətçiləri, xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, opera ifaçıları Samir Cəfərov, Aygün Zeynalova, tar ustası-əməkdar artist  Elçin Həşimov,  kamança  ustası Elnur Əhmədov və digər sənətçilərimiz, Azərbaycan Televiziyasının əməkdaşları, Nəsimi RİH Başçısı Aparatının əməkdaşı olmuşlar.

Səfər proqramı çərçivəsində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon, rəqs ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlərin təşkili, “Əli və Nino” filminin nümayiş etdirilməsi, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin,  Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüş tədbirlərinin keçirilməsinə rayon İcra Hakimiyyəti tərəfindən kompleks hazırlıq işləri aparılmış və yüksək səviyyədə həyata keçirilmişdir.

May ayının 6-da Los Anceles şəhərində qədim və nüfuzlu incəsənət məkanlarından olan “Оrpheum Theater” konsert zalında  Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin proqramına çıxışlar, video-çarx, geniş konsert proqramı daxil idi. Tədbirdə Azərbaycanın  Los Ancelesdəki baş konsulu, Los Anceles şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslərdən ibarət iki min nəfərə  yaxın insan iştirak edirdi.

RİH başçısı tədbir iştirakçıları qarşısında çıxış edərək, Ulu öndərin anadan olmasının 94 illiyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində  keçirilən tədbirlərdə bu dahi insanın əziz xatirəsinin böyük hörmət və ehtiramla anıldığı və yad edildiyi barədə məlumatlar vermiş, Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya siyasi-iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunduğu qeyd edilmişdi. Daha sonra incəsənət ustalarımızın möhtəşəm konsert proqramı təqdim olunmuşdu.

May ayının 08-də San Dieqo şəhər Şurasında  görüş keçirilmişdir. Şuranın sədri Myrtlel Cole ilə keçirilən görüşdə Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbirlər, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsi  barədə fikir mübadiləsi aparılmış, San Dieqo Şəhər Şurasına RİH-nin hədiyyələri təqdim olunmuşdur.

May ayının 8-də axşam  San Dieqo şəhərində “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi keçirildi. Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi tanınmış sənət mərkəzlərindən olan Meyer İncəsənət Qalereyasında nümayiş olundu. Bu sərgidə mart ayında Bakıya səfər etmiş San Dieqolu fotoqraf Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirildi. Nümayiş olunan fotoşəkillər Bakının tarixi və müasir memarlığını, onun multikulturalizm, etnik və dini müxtəlifliyini, eləcə də son bir neçə il ərzində Bakının sürətli inkişafını əks etdirirdi. Foto-sərgidə Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız Qalası, “Alov qüllələri” kompleksi, həmçinin tarixi-mədəni abidələrin fotosu nümayiş olundu.

May ayının 9-da San Dieqo şəhərinin mərkəzində yerləşən Reqal Cinema Mərkəzində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli dəstəyilə ərsəyə gəlmiş “Əli və Nino” bədii filminin premyerası keçirildi. Qədim Bakının mənzərələrini göz önündə canlandıran, Azərbaycanın müstəqillik mübarizəsini böyük ustalıq və peşəkarlıqla təqdim edən bu film tamaşaçılarda dərin hisslər oyatdı.

May ayının 10-da San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert tədbiri keçirildi. Tədbirdə  çoxsaylı şəhər sakini iştirak edirdi. 

Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim  etdi.

Səfər çərçivəsində keçirilən tədbirlərdə nümayəndə heyətinin rəhbəri tərəfindən çıxışlar edilmiş, Azərbaycanın qədim dövlətçilik ənənələrindən, müstəqilliyinin bərpasından, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dərin böhrandan qurtulması,  Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın sabitliyi və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrilməsindən, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsindən danışılmışdır. Keçirilən bütün rəsmi görüşlərin sonunda Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Azərbaycanla bağlı keçirilən tədbirlər Los Anceles və San Dieqo şəhərlərində pozitiv əks-səda doğurmuş, şəhər sakinlərinin geniş marağına səbəb olmuşdur. May ayının 6-da Los Anceles şəhərində keçiriləcək tədbirə radikal erməni lobbisi tərəfindən maneçiliyə cəhdlər göstərilmiş, məqsədlərinə nail olmadıqlarını gördükdə “Оrpheum Theater” teatrının qarşısında etiraz aksiyası keçirmişlər. Lakin  tamaşaçılar etiraz aksiyasına etinasızlıq göstərmiş və erməni lobbisi uğursuzluqla üzləşmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə  geniş miqyaslı abadlıq işləri aparılmış, mövcud ağaclar budanmış,  aparılmış yenidənqurma işlərindən sonra  istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün parkda yeni skamyalar  qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə   istirahət parkı may ayının 10-da bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verilmişdi.

May ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməcilikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.
 Keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Hacıbəyov küçələrində, park və bağlarda gül kolu, şam və sərv ağacları əkilmiş, 1500 kv.m-dən çox qazon   vurulmuşdur.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq hər il mayın 15-i Beynəlxalq ailə günü kimi qeyd olunur.

May ayının 15-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Səadət sarayında Beynəlxalq ailə gününə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin, ədliyyə, səhiyyə, təhsil nazirliklərinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakının Nəsimi, Yasamal və Nərimanov  rayon icra hakimiyyətlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir.

May ayının 15-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda yaşayan bir sıra ailə başçıları,  ağsaqqal və ağbirçəklər, qonaqlar iştirak edirdilər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın kiçik toy mərasimi də keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və qonaqlar  tərəfindən körpələr evində yaşayan Məmmədov  Elman  üçün hədiyyələr, oyuncaqlar alınmışdır. Tədbirdə həmçinin Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bir neçə gənc cütlüklərin nigahları qeydə alınmışdır.

May ayının 18-də Nəsimi rayonunda 28 yerli və xarici müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.

Bakı şəhər Məşğulluq İdarəsinin təsdiq etdiyi qrafik üzrə Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərdə peşəyönümü məşğələlərinin keçirilməsinə başlamışdır. Mərkəzin mütəxəssisləri tərəfindən may ayının 19-da Nəsimi rayonu  46 saylı tam orta məktəbdə  64 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələ keçirilmişdir. Eyni zamanda yuxarı sinif şagirdlərinin  “Peşə seçimində  valideynlərin rolu” mövzusunda  tədbir davam etdirilmişdir.

28 May - Respublika Günü münasibətilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilmişdir. Bu münasibətlə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilmiş, divar qəzetləri buraxılmışdır.

May ayının 25-də 159 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Qalibiyyət günəşi - Azərbaycan” adlı tədbir keçirilmişdir.             

May ayının 26-da 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə “Yaşa Azərbaycan” adlı  bayram tədbiri təşkil  edilmişdir. Bayram tədbirlərində məktəblilər  şerlər söyləmiş, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etmişlər.

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü  münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçirilmiş  tədbirlərə daha çox uşağın cəlb olunması təmin edilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü  münasibəti ilə  rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində   may ayının 30-da  uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tərbiyə alan  valideyn himayəsindən məhrum olmuş  və  aztəminatlı ailələrdən olan uşaqlara  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir.

May ayının 31-də 111 saylı tam orta məktəbdə şagirdlərin  iştirakı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Bayram tədbirində uşaqlar dünya xalqlarının mahnı və rəqslərini ifa etmiş, kompozisiyalar təqdim etmişlər.

May ayının 31-də 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  rayonun 11 və 268 nömrəli xüsusi məktəblərdə və Bakı Autizm İdman və Yaşam Klubunda təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların  iştirakı ilə  bayram tədbiri keçirilmişdir. Bayram şənliyində  iştirak edən uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etmiş, uşaqlar rəqslər edərək əylənmiş,  uşaqlara hədiyyələr təqdim edilmişdir.

İyun  ayının 1-də Texniki Humanitar Liseydə və 247 saylı tam orta məktəbdə  şagirdlərin  iştirakı ilə “ 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə bayram tədbirləri keçirilmişdir. Bayram tədbirlərində uşaqlar mahnı və rəqslərini ifa etmiş, öz bilik və bacarıqlarını nümayiş etdirmiş, kompozisiyalar təqdim etmişlər.

 İyun  ayının 1-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə  Kliniki Tibbi Mərkəzin doğum şöbəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi əməkdaşları burada dünyaya gələn 70-dən  artıq uşağın  valideyinlərinə doğum şəhadətnaməsi ilə yanaşı, hədiyyələr də təqdim edilmişdir. Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün xüsusi tədbirlər təşkil edilib keçirilmişdir.

İyun  ayının 3-də uşaqların istirahətlərinin  daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  “Qırmızı papaq” tamaşasının pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olan məktəblilər  iştirak etmişdir.

İyun  ayının 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin   Təsviri Sənət qalereyasında “Tullantıdan incəsənətə” adlı rəsm sərgisi keçirilmişdir. 5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunan sərgidə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin şagirdlərinin nümayiş olunan 70-dək əl işi plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından  hazırlanmışdır.

İyun  ayının 5-də “Ambassador” Otelində “Ölkəmizin dünyada siyasi və iqtisadi qüdrətinin möhkəmlənməsi dövlətimizin prioritet məqsədidir” mövzusunda  Nəsimi rayon sakinləri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edənlər Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva və digər sakinlər  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində bütün sahələrdə əldə olunmuş müvəffəqiyyətlər, olkədə keçirilən beynəlxalq miqyaslı  tədbirlər, Forumlar, idman yarışları, xüsusilə Bakı – 2017 IV İslam Həmrəylik Oyunları barədə danışmışlar. Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunmuş, ölkə başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını  bildirilmişdir.

15 iyun Milli Qurtuluş günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində Qurtuluş günü münasibətilə görüşlər, dəyirmi masalar, konfranslar, idman yarışları təşkil edilmişdir.

İyun  ayının 12-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi  Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüş zamanı  QMVƏŞA ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid ailələrindən  Furadan Xəlilova və Elza İsmayılova dövlət  tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə  göstərilən diqqət və qayğıdan danışmış, Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını bildirmişdilər.Veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini bildirmişdilər. Görüşün sonunda iştirakçiları maraqlandıran suallar müzakirə edilmiş, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

 İyun  ayının 12-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının yeni qərargahı istifadəyə verilimişdir. 

İyun  ayının 13-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında  2 ha-dan artıq sahədən ibarət   2 “Abad həyət”  Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanlarda  4 bloklu, 60 mənzilli,  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə gül-çiçək  əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

İyun  ayının 14-də Nəsimi rayonunun  tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən bilik bayramının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparılmışdır.
Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər. 54 və 240 saylı tam orta məktəblərdə “Son zəng” tədbirlərində iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.

İyun  ayının 14-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə  15 iyun Milli Qurtuluş gününə  həsr olunan "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə dair qısa film nümayiş olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Milli Qurtuluş Gününün əhəmiyyəti, Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti barədə fikirlərinin təqdim olunduğu filmdə, həmçinin Ümummilli Liderin müəllifi olduğu dövlət gənclər siyasəti çərçivəsində bu sahəyə göstərilən diqqət və qayğıya dair görüntülər nümayiş etdirilmişdir. Tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Aynur Sabitova çıxış etmişlər.

İyun  ayının 21-də "İslam Həmrəyliyi" ili çərçivəsində " Multikultural dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir. Rayonun 1-ci mikrorayon ərazisində yerləşən «Ağdaş» restoranında  rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin-iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. «Kərbəlayi Abdulla məscidi» dini icmasının rəhbəri  Hacı Ağasəlim Səlimov və digər din xadimləri «Qurani Kərim»in bizə nazil olduğu Ramazan ayının  fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını  çatdrmışlar.

İyun  ayının 21-də Asif  Məhərrəmov 15 ünvanında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni ağaclar əkilmişdir.
IDEA İctimai Birliyinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan ağacəkmə aksiyası zamanı ərazidə yaşıllıqların bərpası ilə yanaşı, abadlıq işləri aparılıb, sağlam həyat tərzinin formalaşdırılması və orada məskunlaşan sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman alətlərindən ibarət kiçik meydança, o cümlədən uşaqlar üçün əyləncə qurğuları yerləşdirilərək istifadəyə verilmişdir.

“İslam Həmrəyliyi ili” çərçivəsində “Milli mənəvi dəyərlərimiz”  mövzusunda  tədbir Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Gözdən Əlillər və digər ictimai təşkilatların,  rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilmişdir.

İyun  ayının 22-də Heydər Əliyev Fondunun dəstəyi ilə  Ramazan bayramı münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən tədbirdə ilk növbədə yardıma ehtiyacı olan – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlərə ərzaq bağlamaları paylanılmışdır. Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov iştirak etmişdir. Sakinlər  diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. 

İyun  ayının 23-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti 45-ci buraxılış günü keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar barədə çıxış etmiş, məzunlara uğurlar diləmişdir.

İyun ayının 23-də  Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir. Bu əlamətdar gün münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilmiş, Azərbaycan Respublikası  Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Hüseynov Emin Azər oğlunun  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması əlamətdar hadisə kimi qeyd edilmiş və Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin bir sıra məsul əməkdaşı Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşlar.

İyun ayının 23-də  “İslam Həmrəyliyi ili” çərçivəsində " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir. Tədbir rayonun                     3-cü mikrorayon ərazisində yerləşən «Qold Baku»  şadlıq  sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. “Məşədi Dadaş”  məscidinin dini icmasının rəhbəri Hacı Şahin Həsənov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış,
 tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. 

İyun ayının 25-26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 99 illiyi  ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış  Müdafiə Nazirliyinin Tərtər  rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərlə görüşmək üçün bölgəyə səfər etmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları və  rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmış, respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə   hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Bayram tədbirində ilk dəfə səslənən “Azərbaycan əsgəri” mahnısının sədaları altında  hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.

Tədbirdə hərbi hissə komandanlığı  qonaqlara şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.

İyun ayının 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Məzun günü   təntənə ilə qeyd edilib. 2016-2017-ci tədris  ilində   bu universiteti 1904 nəfər tələbə bitirmiş, onlardan 190 bakalavr və  168 magistrant  universiteti fərqlənmə diplomu ilə  başa vurmuşdur.

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən layihələr keçirilmişdir.

İyul ayının 1-də  məktəblilərin yay tətili istirahətlərinin  rəngarəng və maraqlı edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Gənc tamaşaçılar  Teatrında  “Çipollino” tamaşasının pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblilərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olan məktəblilər  iştirak etmişdir.
         İnsan sağlamlığının və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm  amil təmizliyin qorunmasıdır. Bu məqsədlə iyul ayının 5-də  rayonun 4-cü mikrorayon ərazisindəki M.Cəlal küçəsi boyunca  keçirilən növbəti iməclik zamanı ərazi müxtəlif məişət tullantılarından təmizlənərək, təmizlik işləri aparılmış, ərazi qurumuş alaq otlarından, kollardan təmizlənmiş, mövcud yaşıllıqlara  qulluq edillmiş və digər təmizlik işləri görülmüşdü. M.Cəlal küçəsi 54 və 56 saylı binaların həyətlərində əhalinin ümumi istifadəsində olmalı olan, özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılmış, ərazidəki məişət tullantıları daşınmış, qanunsuz quraşdırılmış konstruksiyalar və alacıqlar sökülmüş,  mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

İyul ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətində   «26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nəsimi rayon komissiyasının sədri Anar Tağıyev,  Nəsimi  rayon Polis İdarəsinin şəxsi heyəti üzrə rəis köməkçisi Vüsal Rüstəmov, Nəsimi rayon Prokurorunun böyük köməkçisi Ramiz Rzayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyıə və İslahatlar Mərkəzinin həkimi Şəhla Mirzəzadə və Nəsimi  Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, Bakı Gənclər Klubu İB-nin sədri Azər Cavadov, “Yeni həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova, “Gənclərin Tənhalara Dayaq” İB-nin sədri Xoşbəxt Seyidova, “Həkimlər və Təbib Tələbələr” İB-nin sədr müavini Aqil Abbasov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd edərək  narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.

İyul ayının 6-da Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Novxanı AQUAPARK əyləncə mərkəzində əyləncəli tədbir təşkil edilmişdir. Uşaqlar üçün təşkil olunan bu tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilər  iştirak etmişdir. Novxanı AQUAPARK əyləncə mərkəzində istirahətin səmərəli təşkili məqsədilə keçirilən tədbirdə uşaqlar müxtəlif maraqlı su attraksionlarında əylənmiş, oyunlarda iştirak etmiş, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparmışlar.  İsti yay günündə əylənən uşaqlar xüsusi zövq alıb, burada gözəl istirahət edib əylənmiş, daha sonra  birgə nahar etmişdilər. Məktəblilər həmçinin Novxanıda yerləşən Flora Klubda da olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar. Uşaqlar arasında şahmat və dama yarışları keçirilmiş, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar.

Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.

Ahıllara və müharibə veteranlarına  dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin   təşkil edilib keçirilməsi davam edir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha qoca və ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

İyul ayının 7-də  bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər üçün  Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzində  istirahət təşkil edilmişdir.     Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, şəhid anası Lətifə Novruzova  və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevaya    minnətdarlıqlarını bildirmişlər.

İyul ayının 11-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 300 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən  muzeylərə ekskursiyaları başlanmışdır. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ,  Azərbaycan İstiqlal Muzeyinində və  Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində nümayiş olunan eksponatlar və tarixi materiallar  məktəblilərin marağına səbəb olmuşdur.

İyul ayının 12-də Nəsimi rayon İcra Hakimiyyəti  ilə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-ti ilə birlikdə rayon məktəblilərinin Xəzər dənizində gəzintisi  təşkil olunmuşdur. Dəniz səyahətində   rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, şəhid və veteran ailələrindən, həmçinin aztəminatlı ailələrdən olan məktəblilərin «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin yeni, müasir «Xudafərin» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Qeyd olunmalıdır ki, uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdılar və bu onların böyük sevincinə səbəb olmuşdur. Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər. Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunmuş, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər.

İyul ayının 13-də  Nəsimi rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə “Azərbaycan ideologiyasının tarixi kökləri” mövzusunda görüş keçirilmişdir.
 Görüşdə qeyd edilmişdir ki,  Müasir Azərbaycanın ideologiyası Ümummilli Lider Heydər Əliyevin  adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan Respublikasına 1969-cu ildə rəhbər seçiləndə Azərbaycan geridə qalmış aqrar respublika idi, eyni zamanda ölkənin mədəni, sosial həyatında durğunlq yaşanırdı. Qısa bir zaman kəsiyində Heydər Əliyev Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxartdı, ölkəmizin gələcəkdə müstəqil yaşaması üçün lazım olan bütün işləri görmüşdür.

İyul ayının 13-də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatında Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Nəsimi rayon gəncləri, YAP-nın fəalları, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Milli Məclisin deputatları iştirak ediblər.

14-22 iyul 2017-ci il tarixlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə    Quba şəhərində həyata keçirdiyi rayonun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər üçün “Gənc İlhamçılar” düşərgəsində məktəblilərin yay istirahəti təşkil edilmişdir. Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuşlar.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan edən  silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən  dərslər, müxtəlif mövzularda məşğələlər,  maraqlı intellektual oyunlar və  debatlar təşkil edilmişdir. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin  əyləncəli diskotekalarda istirahətlərini davam etdirmişlər. «Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi və digər maraqlı idman yarışlarında iştirak etmişlər.
         “Gənc İlhamçılar”ın  Quba rayon Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, YAP təşkilatına,  Olimpiya  Mərkəzinə,  Soyqırım muzey-kompleksinə,  Qırmızı qəsəbəyə, “Giləki” adlı sinaqoqa da ekskursiyaları təşkil olunmuşdur. Düşərgə iştirakçıları Quba şəhərindəki Heydər Əliyev parkını gəzib, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və xatirə fotoşəkilləri çəkdirmişlər. “Gənc İlhamçılar” Heydər Əliyev parkında  şamlar vasitəsilə  Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin imzası və  “Gənc İlhamçılar”  sözləri yazmışlar.

«Gənc İlhamçılar»ın  yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzinin qarşısında  təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir  Nəsimi məktəblilərinin  “Ölkəmizi taniyaq” himninin düşərgə uşaqlarının  ifası və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” flaşmobu  ilə başlanmışdır. Bağlanış mərasimində  düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə  hədiyyələr və xatirə medalları,  həmçinin  uşaqların tərbiyəsi ilə məşğul olan  dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr iyul ayının 17-də Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.     

İyul ayının 18-də Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 142 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir. Tədbirdə çıxış edən   Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

24-30 iyul 2017-ci il tarixlərində Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki  şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir. Düşərgədə uşaqların istirahəti üçün hər cür şərait yaradılmış,  məktəblilər hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuşdular.  Nəsimi rayon İcra Hakimiyyəti  və Şəki  şəhər İcra Hakimiyyəti tərəfindən  məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan edən  silsilə tədbirlər keçirilmişdir. Şəki şəhərinin görməli mədəni tarixi yerlərinə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar. Daha sonra  Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin  Şəki ponaramasından şəhəri də maraqla seyr etmişdilər. «Gənc İlhamçılar»ın  yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahəti başa çatması münasibəti ilə  Marxal İstirahət Mərkəzində Yay teatrında  təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Şəki şəhər məktəblilərinin maraqlı konserti ilə başlamış daha sonra “Gənc İlhamçılar”ın xüsusi hazırlanmış rəqsi ilə davam etmişdir. Keçirilən bağlanış mərasimində  düşərgədə keçirilən bilik və idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə  hədiyyələr və xatirə medalları,  həmçinin  uşaqların tərbiyəsi ilə məşğul olan  dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir. Quba və Şəki şəhərlərində təşkil edilən  düşərgələr  uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya   öz minnətdarlıqlarını bildirmişlər.

İyul ayının 27-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün  PİTA Şaurmada  əyləncəli istirahət axşamı təşkil edilmişdir. Uşaqlar burada maraqlı yemək və şirniyyata qonaq edilmiş, həmçinin onlara hədiyyələr təqdim edilmişdir.

İyul ayının 28-də uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olan yeniyetmələr iştirak etmişdir. Seans zamanı uşaqlara pulsuz meyvə şirəsi və popkorn verilmişdir. Tədbirdə ad gününu qeyd edən uşaqlara hədiyyələr təqdim edilmişdir.

Avqust ayının 3-də  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası  təşkil olunmuşdur.  Məktəblilər ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Nəsimi rayon məktəbliləri  Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis,fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi, Quş parkı ilə yaxından tanış oldular. Eko Parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın  müəllifi olduğu Həyat abidəsi - “Ürək” abidəsi məktəblilərin böyük marağına səbəb oldu. Uşaqlar park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq, idman trenajor qurğularında oynayıb əyləndikdən sonra onlar üçün nahar süfrəsi təşkil olunmuşdur. Ekskursiyanın sonunda məktəblilər Zirə Cinemada “Səməd”  uşaq filminə tamaşa etmişlər.    

Avqust ayının 10-da  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranları iştirak etmişlər.

Avqust ayının 21-də “Azərbaycan  milli ideologiyasında qadınların rolu” mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları,  həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə goruş keçirilmişdir. Görüşdə Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhər icra Hakimiyyəri Başçısının müavini Fidumə Hüseynova, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək bildirdilər ki, Ulu ondər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində həyata keçirilən tədbirlər  bu gün də uğurla davam etdirilir. Qubadlı rayonundan məcburi köçkün Nəzakət Salayeva, Fizuli rayonundan məcburi köçkün, şəhid ailəsi Zeynəb Bəhmənli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə, onların uşaqlarına, şəhid və veteran ailərinə  olan xüsusi diqqət və qayğısindan  ətraflı söz açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya   öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə  şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləvazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edildi.

Avqust ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Qurban Bayramı ilə əlaqədar qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur. Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurası, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətləri, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı  sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə tədbir təşkil olunmuşdur.  Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanmışdır.

Sentyabr ayının 6-da  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2016/2017-ci tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Bakı şəhərinin  mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman  diqqət mərkəzində olmuşdur. Rayonda  8 ali, 26 tam orta, 2 xususi məktəb, 2 musiqi məktəbi və 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində rayonun orta məktəblərini  1685 nəfər şagird bitirmiş, onlardan 1206 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 327 nəfəri 500-dən, 82 nəfəri 600-dən, 24 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 234  nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 50 nəfər, Elitar Gimnaziyadan  25  nəfər, 54 saylı məktəbdən  20 nəfər, Bakı Türk Anadolu Liseyindən 17 nəfər, 23 saylı orta məktəbdən 14 nəfər, 5 saylı məktəbdən 11 nəfər 500-dən çox bal toplamışdır. 111 saylı tam orta məktəbin məzunu Hüseynova İlhamə Ramil qızı 700 bal toplayaraq  Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. 2016-2017-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 2 məzun qızıl medala layiq görülmüşdür. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan aztəminatlı ailələrdən, şəhid və müharibə veteranları ailələrindən olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.

Tədbirdə  ali məktəblərə qəbulun nəticələrinə görə fərlənən - 23, 54,111  saylı tam orta məktəblərə, Elitar Gimnaziyaya, Texniki Humanitar Liseyə də xüsusi hədiyyələr təqdim edilmişdir.

Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.

Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

15 sentyabr  - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.

Sentyabr ayının 15-də  Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş  tədbirdə  Universitetin rektoru və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyətini Bilik günü münasibəti ilə təbrik etmişlər.

Sentyabr ayının 21-də İlylas Əfəndiyev adına Elitar Gimnaziyada 21 sentyabr- Beynəlxalq Sülh gunu münasibətilə “Sulh göyərçinləri” tədbiri keçirildi. Tədbirdə Elitar Gimnaziyanın şagirdləri sülh çağırışı olaraq şarları və göyərçinləri havaya buraxdılar. Bütün məktəblilər “Mən fəxr edrəm ki Azərbaycanlıyam” deyərək  Azərbaycan bayraqını  başları üzərində dalğalandırdılar.

Sentyabr ayının 26-da Nəsimi rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə  İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə  yuxarı sinif şagirdlərinin, məktəb müəllimlərinin və valideynlərin iştirakı ilə “Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda  maarifləndirici tədbirlərə start verilmiş, 44, 164, 8 tam orta məktəblərdə maarifləndirici tədbirlər davam etdirilmişdir.

Sentyabr ayının 29-da Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir.

Nəsimi rayonunda əhalinin 4722 nəfərinin yaşı 70-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 2512 nəfəri kişi, 2210 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 278 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 278 ahıl vətəndaşdan  240 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 189 nəfəri qadın, 51  nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 5 nəfəri I qrup əlil, 37 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 8 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranları Ağababa İskəndərov, əmək veteranı Tamella Fərəcova və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış  və onlara göstərilən qaygiya  görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar. Tədbirin yekununda  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı ahıl  vətəndaşlar tərəfindən  qaldırılan sosial məişət məsələləri ilə bağlı təklifləri dinləyərək  həlli üçün müvafiq tapşırıqlar vermişdir. Görüşdə iştirak edən  və evlərdə yataq xəstəsi olan ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr   təqdim edilmişdir.

Oktyabr ayının 3-də Azərbaycan  Respublikasında rəsmi səfərdə olan  Ukrayna  Xarici  İşlər  naziri P.A.Klimkin Nəsimi rayonu  ərazisində  Azadlıq  prospekti  və Bakıxanov küçələrinin kəsişməsində yerləşən Ukraynanın görkəmli şairi və ictimai xadimi T.Q.Şevçenkonun  xatirəsini anaraq  heykəli  önünə gül-çiçək dəstələri qoymuşdur. Mərasimdən sonra Ukraynanın   Xarici  İşlər  naziri                P.A  Klimkin və nümayəndə  heyətinin  üzvləri  Nəsimi rayonu  ərazisində  yerləşən Ukraynanın Azərbaycandakı diasporunun ofisində Ukrayna icmasının fəalları ilə görüş keçirmişdir.

Oktyabr ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri  keçirilmişdir.

Tədbirdə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışılmış,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlar,  Azərbaycan təhsilinin inkişafında böyük rolu olan  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.

Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və ehtiramlarını  bildirmişlər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası  Prezidentinin 04  Oktyabr  2017-ci il tarixli Sərəncamı ilə  “Əməkdar  müəllim”  adına  layiq  görülmüş 23 saylı tam orta məktəbin müəllimi - Mirzəyeva Ağabacı Nuftulla qızı və  “Tərəqqi medalı” ilə tətif edilmiş  Bakı Slavyan Universitetinin məktəb lisey kompleksinin müəllimi - Kərimli Naibə Kamil qızı və 46 saylı tam orta məktəbin müəllimi Ələkbərli İncinaz Rauf qızını təbrik edərək gül dəstələri və hədiyyələr təqdim etmişdir. Tədbirin sonunda  iştirak edən  təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim olunmuşdur.

Oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamina əsasən, Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə təntənəli şəkildə yola salınma mərasimi rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, “Şərq sarayı” restoranında keçirilmişdir.

Tədbirdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, marş sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı zala gətirililmiş, 8 saylı tam orta məktəbin şagirdlərinin  hazırladıqları “And içirik” adlı ədəbi-bədii kompazisiyanın nümayişindən sonra hərbi xidmətə yola salınan gənclər Azərbaycan bayrağını öpərək müqqədəs Quranın altınan keçmişlər. Tədbirdə hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar səslənmişdir.

Oktyabr ayının 10-da Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağbirçəklər cəmiyyətinin birgə təşkilatçılığı ilə rayonun ahıl vətəndaşları ilə Ambassador otelinin akt zalında görüş keçirilmişdir. Tədbirdə “Ahıl vətəndaşların cəmiyyətimizdə rolu” mövzusunda video çarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edənlər dövlətimiz tərəfindən ahıl vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə bir qrup ahıl vətəndaşlara hədiyyələr təqdim olundu.

Oktyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafınin  yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrin icrasi ilə əlaqədar rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Şura iclasında Nəsimi rayon İcra Hakimiyyətinin  məsul əməkdaşı Emin Hüseynova  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.

Oktyabr ayının 11-də İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən “Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar. Konfrans nümayəndələri Nəsimi rayon Böyük Vətən Müharibəsi veteranları ilə görüşmüş və axşam birlikdə şam etmişlər.

Oktyabr ayının 13-də Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilmişdir.

Tədbirdə Nəsimi  rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər. “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin  təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər ” və Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat verilmiş, “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olunmuşdur. 

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər təşkil edilib keçirilmişdir.   Həmin tədbirlər çərçivəsində  oktyabr ayının 17-də Nəsimi rayonu 164  saylı tam orta məktəbdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Məktəbin  foyesində  şagirdlərin kreativ əl işlərindən ibarət rəngarəng  sərgi təşkil olunmuşdu. Tədbirdə qonaqlar 164 saylı tam orta məktəbin şagirdləri tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, rəqslərə tamaşa edərək, mövzu ilə bağlı  video çarxları izlədilər. 

 Oktyabr ayının 19-da Azərbaycan  Respublikasında rəsmi səfərdə olan  Ukrayna  Baş Nazirinin  Birinci müavini, iqtisadi inkişaf və ticarət naziri S.İ.Kubivin  Nəsimi rayonu  ərazisində  Azadlıq  prospekti  və Bakıxanov küçələrinin kəsişməsində yerləşən Ukraynanın görkəmli şairi və ictimai xadimi T.Q.Şevçenkonun  xatirəsini anaraq  heykəli  önünə gül-çiçək dəstələri qoymuşdur. Mərasimdən sonra Ukraynanın  Baş  Nazirinin  Birinci müavini, iqtisadi inkişaf və ticarət naziri S.İ.Kubivin    və nümayəndə  heyətinin  üzvləri  Nəsimi rayonu  ərazisində  yerləşən Ukraynanın Azərbaycandakı diasporunun ofisində Ukrayna icmasının fəalları ilə görüş keçirmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” ilə bağlı tədbirlər keçirilmişdir.

Oktyabr ayının 20-də 23 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunda  silsilə tədbirlərin  təşkil edilib keçirilməsinə start verildi. Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə Nəsimi rayon tam orta məktəblərində təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedadı olan, həmçinin olimpiada və bilik yarişlarının qalibləri və məcburi köçkün ailələrindən  olan məktəblilər iştirak etmişlər. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  bir qrup Nəsimi rayon məktəblərinə  uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştiraklarına görə diplomlar təqdim edilmişdir. Tədbirdə  23 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə konsetr proqramı təşkil edilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən   Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər  təhsil müəssisələrinin həyətyanı sahəsində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir. Oktyabr ayının 21-də rayonun 4-cü mikrorayon ərazisində yerləşən “Qərənfil” uşaq bağçası- körpələr evinin və 147 saylı uşaq bağçası –körpələr evinin həyətlərində   “Məktəb   bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, müxtəlif növ meyvə ağacları əkilmişdir. Uşaq bağçasının  həyətində rəngarəng meyvə və payiz geyimləri geyinmiş uşaqların  hazırlanmış kompozisyalarına  baxış keçirilmiş, uşaqların  ifasında şən musiqi nömrələri ifa olunmuşdur. Oktyabr ayının 21-də  iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak etmişlər. İməclikdə rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində şam və sərv ağacları əkilmiş, quluq edilmişdir.

Oktyabr ayının 24-də “Yeniyetmə və gənclər  arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin  təşkili” layihəsi çərçivəsində Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun adını daşıyan 44 saylı tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə  Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu,  “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “20 Yanvar” İB-nin İdarə heyətinin nümayəndələri, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, respublika təşkilatının sədri Sultan Əzimzadə və sədr müavini, eləcə də istefada olan sərhədçi Mustafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, 44 saylı orta məktəbin şagirdləri  iştirak edib.Tədbirdə vətənpərvərliklə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və  məktəbin hazırladığı video roliklər izlənilib, Şəmistan Əlizamanlı Milli Qəhrəman Yusif Mirzəyevlə bağlı  xatirələrini danışıb, vətənpərvərlik mahnıları ifa etmişdir.  

Oktyabr ayının 25-də  -  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib. Tədbirdə ölkənin aparıcı idmançıları, ictimaiyyət nümayəndələri, həmçinin "Qəhrəmanların avtomobil yarışı" çempionları iştirak ediblər. Açıq havada keçirilən tədbirdə iştirakçılar Avrasiyanın “Strong Man” çempionlarından master-klass almaq və  “KrosFit” üzrə  birinci dərəcəli mütəxəssislər ilə birgə məşq etmək şansı qazanıblar.

Oktyabr ayının 26-da  Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransı keçirilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransda iştirak edib.

Oktyabr ayının 27-də “İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir. Tədbirdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Tibb Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət Dillər Universitetində təhsil alan xarici ölkələrin tələbələri iştirak edirdilər.  Tədbir iştirakçıları İslam ölkələrinin milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgiyə baxmışlar.

Tədbirdə İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunmuş, 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olmuşlar. Türkiyə Cümhuriyyətinin  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ,  Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydy,  Milli Məclisin deputatları M.İbrahimqızı, A.Mollazadə, K.Nəbizadə iştirak edirdilər. Sonda İslam ölkələrinin milli rəqslərindən ibarət konsert təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.

Oktyabr ayının 31-də Nəsimi Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Məktəb-lisey kompleksində “Uşaq hüquqlarının qorunması milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Yekunda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Oktyabr ayının 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin yeni binasının açılış mərasimində iştirak edib. Liseyin şagirdlərinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmiş, şagirdlər vətənpərvərlik mövzusunda mahnılar ifa etmiş, şeirlər söyləmişlər. Sonra liseyin binasının rəsmi açılışını bildirən rəmzi lent kəsilmiş, sinif otaqları ilə tanışlıq olmuşdur.

Noyabr ayının 6-da  Nəsimi rayon nümayəndə heyəti  rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı cəbhə bölgəsində «N» saylı, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişdir. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra  şəxsi heyət ilə təntənəli görüş keçirilmişdir. Bayram tədbirində hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazılmış, marş sədaları altında 100 metr uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olunmuşdur. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır. Sonra respublikamızın əməkdar artisti -  Yusif Mustafayev və populyar müğənni Əlikram Bayramovun  iştirakı ilə    hərbiçilərimiz üçün böyük   konsert proqramı təşkil olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır. Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar  hərbi hissədə xidmət edən əsgərlərə çatdırılmış,  məktublar  əsgərlərə xoş təəssürat bağışlamışdır. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.

Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin, qeyri hökmət təşkilatlarının, idmançıların və çox saylı qonaqların iştirakı ilə “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” adlı tədbir keçirilmişdir.

Tədbirdə xalqımızın keçmişini, buqününü və gələcəyini özündə əks etdirən müqəddəs bayrağımız orkestrin müşayəti ilə alqış sədaları altında səhnəyə gətirilmiş, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” adlı video çarxda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbəti əks olnmuş, həmçinin Nəsimi rayon İcra Hakimiyyətinin 9-noyabr Bayraq Günü münasibəti ilə Müdafıə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşündən və rayonda keçirilən Bayraq Gününə həsr olunmuş tədbirlərdən fraqmentlər nümayiş olunmuşdur. “Natıq ritm qrupu”nun ifası video çarxla müşayət olunmuş, video çarxda tariximizin daş yaddaşı olan Qobustan qaya üstü təsvirləri və millətimizin qədimliyini və tarixi keçmişini əks etdirən fraqmentlər göstərilmişdir. Qədim dövlətçilik ənənələrinə malik olan odlar yurdu Azərbaycanımızın tarixi keçmişimizin yadigarı olan müxtəlif bayraqlar səhnəyə gətirilmişdir. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun və rəqs kollektivlərinin ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazirlanaraq ilk dəfə Sevil və Sevinc bacılarının və müsiqinin bəstəçisi Elvin Orucovun ifasında səslənən “Azərbaycan Bayrağı” adlı klipin təqdimatı olmuş, alqış sədaları altında ifaçılar səhnəyə dəvət olunmuşlar. Bayraq geyimli məktəblilərin zala daxil olaraq səhnəyə düzülməsi böyük alqışa səbəb olaraq tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Noyabr ayının 10-da  Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 79 ildönümü ilə əlaqədar Nəsimi rayonunda dahi şəxsiyyətin heykəli önündə  anım tədbiri təşkil edilmişdir. Anım tədbirinə səfirlik nümayəndələri ilə yanaşı  Nəsimi rayon İcra Hakimiyyətinin numayəndələri, hərbçilər, iki ölkə arasındakı parlament dostluq qrupunun üzvləri, QHT təmsilçiləri, gənclər iütirak etmişlər.

11-14 noyabr 2017-ci il tarixlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən    «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün maarifləndirici tur-aksiyası  təşkil olunmuşdur. Bu tur aksiyada 40 nəfər Nəsimi rayon məktəbliləri Lənkəran - Masallı - Astara rayonlarına səfər etmişlər. Tur aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil ölünmuşdur. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunmuşdur.

Noyabr ayının 10-da  Nəsimi rayon İcra Hakimiyyətində  tur-aksiya iştirakçıları ilə keçirilən  görüşdə   sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “Ölkəmizi tanıyaq” himni  böyük coşqu ilə  ifa edilmiş və Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə  məktəblilərin iştirakı ilə çəkilmiş “Ölkəmizi tanıyaq” klipi tədbir iştirakçılarına təqdim olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə  çıxış edən valideyinlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Noyabr ayının 11-də  Yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan məktəblilərin  yola salınma mərasimi keçirilmişdir.

Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər  düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər. Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.

Noyabr ayının 13-də   Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar partiyanın Nəsimi rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Noyabr ayının 16-da   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq Nəsimi rayon Məşğulluq Mərkəzi “İSR Plaza”da “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin, xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Noyabr ayının 16-da   Bakı Slavyan Universiteti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə YAP-ın 25 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Noyabr ayının 17-də   Nəsimi rayonunda yerləşən  Kliniki Tibbi Mərkəzdə  Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP-ın yaranmasının 25 illiyinə həsr olunmuş video çarx nümayiş olunmuş, YAP sıralarına yeni daxil olmuş gənclərin nümayəndələrinə üzvlük biletləri təqdim edilmişdir.

Noyabr ayının 22-də   Nəsimi rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qadın sağlamlığı ilə bağlı maarifləndirmə” kampaniyası çərçivəsində 100 nəfər qadının iştirakı ilə tədbir keçirilmişdir.

Noyabr ayının 28-də Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (“RecExpo III”) keçirilmişdir. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Andorra və Gürcüstandan 70-ə yaxın daşınmaz əmlak şirkəti, investisiya qurumları və digər təşkilatlar təmsil olunmuşdur.  Bu beynəlxalq tədbirdə 150-dən çox tikinti və inşaat layihələri təqdim edilmişdir.Yerli şirkətlər və dövlət qurumları tərəfindən də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra tikinti layihələri ziyarətçilərə təqdim olunub. Sərgidə Bakı şəhərinin Nəsimi rayonunda həyata keçirilən pilot layihələr  barədə ictimaiyyətə təqdimatlar edilib. 

Noyabr ayının 29-da   Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar  Bakı Əyləncə Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin GÜLSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin və 1 saylı Saglamlıq imkanları məhdud Gənclərin peşə reabilitasiya Mərkəzinin üzvlərinin iştirakı ilə   “Bu mənəm” əl işlərindən ibarət sərgi - satiş yarmarkası keçirilmişdir. Tədbir zamanı sərgidə əl işləri  nümayiş olunan iştirakçılara Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən   hədiyyələr təqdim olunmuşdur. 

Noyabr ayının 30-da   3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar, Qarabağ muharibəsi əlilləri - ümumilikdə 250-dən çox saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı  «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli  tədbir keçirilmişdir. Tədbirdə saglamlıq imkanları məhdud olan şəxslərə və uşaqlara  hədiyyələr təqdim olunmuşdur.  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  uşaqların hazırladıqları kompozisiya və rəqslər,  populyar incəsənət ulduzları Eldəniz Məmmədov  və Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin ifaları  tədbirin  uşaqların yaddaşında daha yaddaqalan və  mənalı etmişdir.

Hər il olduğu kimi Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, təşkilatlarında, ali və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında keçirilən tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

4-7 dekabr 2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə turnir keçirilmişdir.  Voleybol üzrə turnir təhsil müəssisələrinin  idman klubları arasında təşkil edilmişdir.  Turnirdə 10 voleybol komandası iştirak etmişdir.

Dekabr  ayının 7-də Azərbaycan Voleybol Federasiyasının idman zalinda   final yarışları keçirilmişdir. Final yarışında Azərbaycan Tibb Universitetinin komandası birinci,  Azərbaycan  Dillər Universitetinin komandası ikinci və Azərbaycan Neft və Sənaye Universitetinin komandası üçüncü yerə layiq görülmüşlər. Qaliblər Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və hədiyyələrlə mükafatlandırılmışlar.

Dekabr  ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Agbirçəklər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunun təhsil, səhiyyə, mədəniyyət müəssissələrində, idarə və təşkilatlarında çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları,  həmçinin rayonun ictimai həyatında fəal iştirak edən qadınlar iştirak etmişdir.

Dekabr  ayının 11-də  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, ağsaqqallar, veteranlar  və gənclər təşkilatlarının, dini qurumların nümayəndələrinin, Milli Məclis üzvlərinin, nazirlik və komitə rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyətinin,  qeyri hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Milli Məclisin deputatları Madər Musayev, Kamran Nəbizadə, Sevinc Hüseynova, Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, Kamilə Əliyeva, Azər Badamov, Vahid Əhmədov, İlham Məmmədov,  Çingiz Qənizadə, Elman Nəsirov, Ülvi Quliyev, Mahir Aslanov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak edirdilər. Tədbir iştirakçıları Nəsimi rayon İcra Hakimiyyətinin İzmit Bələdiyyəsi ilə birgə təşkil etdiyi sərgiyə baxmişlar.

Tədbirdə Ulu Öndərin keçirdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunmuş, mərasim iştirakçıları Ulu öndərin parlaq və unudulmaz xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər. Tanınmış incəsənət xadimləri -  Niyazi adına Simfonik orkestr, Xalq artistləri  Mənsum İbrahimov, Alim Qasımov,  Azər Zeynalov, Əməkdar artistlər Zakir Əliyev, Lalə Məmmədova, Fərid Əliyev, Gülnaz İsmayılova, Afaq Abbaslı, Azərbaycan Televiziyası Radiosunun solistləri  Ayşən Mehtiyeva, Aynur İsgəndərli, Mustafa Aşurov  çıxışlar etmişlər.

Dekabr  ayının 11-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti - Türkiyə Azərbaycan  Dərnəkləri Federasiyasının başçısı və Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar, “Hüriyyət” Xəbərlər agentliyinin təmsilçisi Mustafa  Bağdıken və digər qonaqlar  Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar.

Dekabr  ayının 14-də  Nəsimi rayon İcra Hakimiyyətinin  “Narkomaniya  və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın  tədbirlər planına əsasən Nəsimi rayonu 164 N-li tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdi.

Dekabr  ayının 14-də   Dünyagöz Xəstəxanalar Qrupu ilə birgə Qarabağ əlilləri və şəhid ailələri üçün pulsuz göz müayinəsi aksiyasına başlanılıb. Bu sosial aksiyada “Dünyagöz” klinikasının həkim briqadası tərəfindən Nəsimi rayon sakinləri üçün göz müayinəsi həyata keçirilmiş, müayinə müddəti ərzində rayon ərazisində yaşayan şəhid, əlil və sosial qaygıya ehtiyacı olan ailələrin üzvləri peşəkar həkim briqadası tərəfindən müayinə və müalicə olunmuşlar.  Pulsuz müayinə aksiyası           bir həftə davam etmişdir.

Dekabr  ayının 21-də   Nəsimi rayonunda yerli və dünyanın dörd bir tərəfindən gətirilən təzə, təravətli qida və keyfiyyətli qeyri-qida malları, daim yenilənən zəngin çeşidi, əla qiymətləri, xüsusi təklifləri və promo kampaniyaları ilə məşhurlaşan yeni BRAVO hipermarket “20 Yanvar” metro stansiyası yaxınlığında Nəsimi rayon sakinlərinin  ixtiyarına verildi.

Dekabr  ayının 21-də “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı tədbir keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Uşaqlar cəmiyyətimizin sabahıdır”adlı  keçirilən bayram tədbirində  rayondakı  11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar,  həmçinin şəhid, Qarabağ muharibəsi  veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən -  ümumilikdə 400-dən artıq uşaq iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının geniş foyesində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  uşaqlarının əl işlərindən ibarət sərgiyə baxmışlar. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanmışdır. Bayram şənliyi  Şaxta baba, Qar qız və nağıl qəhrəmanlarının uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam etmişdir. Tədbirdə iştirak edən hər bir uşağa Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən bayram hədiyyələri təqdim olunmuşdur. Tədbirdə iştirak edən valideynlər  uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Yaşıllıqların qorunmasına, sağlam gənc nəslin yetişdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsinə dekabr  ayının 23-də  Nəsimi rayonunda start verilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən layihəyə ilk olaraq Bakının Nəsimi rayonu qoşulmuşdur ki, layihə çərçivəsində abadlaşdırılan ilk həyət həmin rayonun Hüseyn Seyidzadə küçəsində olmuşdur. Dekabrın 23-də abadlaşdırılan həyətin sakinləri, o cümlədən təbiətsevər gənclərin iştirakı ilə ərazidə ağacəkmə aksiyası keçirilmişdir.

Nəsimi rayon icra hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınmışdır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Sakinlərin istək və maraqlarını nəzərə alaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilmişdir.

Dekabr  ayının 26-da Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” rayon Polis İdarəsi ilə birlikdə 1 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

Dekabr  ayının 28-də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni təqvim ili  günü münasibəti ilə  aztəminatlı və sosial  qayğıya ehtiyacı olan ailələrin  təbrik edilməsi tədbirləri çərçivəsində Nəsimi rayonunda   bayram tədbiri keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən ictimai təşkilatların – Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsi, Gözdən Əlillər Cəmiyyətinin Nəsimi rayon şöbəsi, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Nəsimi rayon filialı, Əlillər Cəmiyyəti Nəsimi rayon şöbəsi, 20 Yanvar Cəmiyyəti Nəsimi rayon şöbəsi, Nəsimi rayon Veteranlar Şurası, Nəsimi rayonunun Rus İcması, “Sodrujestvo” Cəmiyyətinin Nəsimi rayon şöbəsinin üzvləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan az təminatlı ailələrə, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə bayram payları təqdim edilmişdir. Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya  öz minnətdarlıqlarını bildirmişlər.

Dekabr  ayının 29-da Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər, və müxtəlif səbəblərdən əlil olmuş insanlar, saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı  ilə tədbir keçirilmişdir. Tədbirdə saglamlıq imkanları məhdud olan şəxslərə bayram hədiyyələri təqdim olunmuşdur. Tədbirdə birinci qrup əlil Sənubər Bayramovaya və müraciətinlərinə əsasən digər iştirak edənlərə    əlil arabaları və digər müvafiq yardımlar göstərilmişdir.

Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.

         Nəsimi rayon İcra Hakimiyyətində  “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməsi, onların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərin qarşısının alınması, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, dərslərdən yayınma hallarının qarşısının alınması, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü işlər aparmışdır.

         Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.

Rayon İcra Hakimiyyətinin “Narkomalığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə”  və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyaları Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramını”nı rəhbər tutaraq  2017-ci ildə məqsədyönlü tədbirlər həyata keçirmişlər.

Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı üzrə  müraciətlər edilmişdir.

Rayon Fövqəladə Hallar Komissiyası il ərzində fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. 

2017-ci ilin 12 ay ərzində Nəsimi rayonu xidməti ərazisində yerləşən müəssisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 12 ayı ərzində yanğınların sayı 2016-cı ilin müvafiq dövründə olan yanğınların sayına nəzərən 8 ədəd azalmışdır.

   Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin göstəriş və tapşırıqlarının icrasına yönəlmişdir.

   Bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə tədbirlər həyata keçirilmişdir.

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə İdarə tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:

Ümumilikdə 2017-ci ilin yanvar-dekabr ayları ərzində gənclər sahəsi üzrə keçirilən 64 tədbirdə 9597 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə bir sıra tədbirlər keçirilmişdir.

TV və qəzetlərin jurnalistləri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən proseslər barədə vaxtaşırı məlumatlar verilir, keçirilən tədbirlərə dəvət olunurlar.

Dövlət qayğısı çərçivəsində 2017-ci ildə imtiyazlı şəxslərə mənzillər ayrılmışdır. 6 ailəyə, о cümlədən 1 şəhid Milli Qəhrəman аiləsinə, 2 Qarabağ müharibəsi əlili ailəsinə, 3 nəfər 20 yanvar əlili ailəsinə mənzillər verilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər keçirilmişdir. Rayon ərazisində qeydiyyatdan keçən 14476 nəfər qaçqın (3175 ailə) və 8700 nəfər (2368 ailə) məcburi köçkün soydaşlarımızın üzləşdiyi problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, aprel, iyul, оktyabr  aylarında  həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamları  ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar.

Qanunçuluq, аsayişin qorunması, vətəndaşların hüquq və azdlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlük və mülki müadifə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

Аzәrbaycan Respublikası Prezidentinin 27 аprel 2016-ci il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Аçıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün  Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci il ərzində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

RİH Başçısinin sakinlərlə görüşlərdə, qəbullarda, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. 2017-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin inkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə  çatdırılması  işləri davam etdirilmişdir. RİH Başçısının 1 nömrəli, 2 nömrəli və 3 nömrəli nümayəndəliklərinin illik hesabatları 2017-ci ilin yanvar ayında geniş müzakirə edilmiş, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Rayon İcra Hakimiyyətinin 2016-cı ilin yekunlarına dair hesabatı 02.02.2017-ci il tarixdə şuranın geniş iclasında müzakirə edilmiş, yığıncaq iştirakçılarına və ictimaiyyət nümayəndələrinə görülmüş işləri əks etdirən film və rayonun 2016-cı ildə uğurlu inkişafını əks etdirən 68 səhifəlik “Nəsimi rayonu” xüsusi buraxılışı təqdim edilmişdir.

Dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalrına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyinin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Dövlət qulluqçularının peşəkarlığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2017/2018-ci tədris ilində rayon İcra Hakimiyyətinin iki əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsində qiyabi bölməsinə qəbul olunmuş və hazırda Akademiyada RİH-nin 5 əməkdaşı təhsil alır. Etik davranış məsələləri üzrə illik hesabat hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim edilmişdir.

«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başçısı Aparatı və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşlara  yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2017-ci il ərzində Nəsimi Rayon İcra Hakimiyyətinə vətəndaşların 2824 ərizə və müraciəti daxil olmuşdur. 2016-cı ildə müraciətlərin sayı 2226 ərizə təşkil etmişdir.

Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 60,0 %-ni təşkil etmişdir. 

Аzərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılanmaqdadır. Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkiшafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünnə xələl gətirən, qəzalı vəziyyətdə və  mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yeni müasir yaşayış binalarının tikilməsi istiqamətində aparılan quruculuq işləri çərçivəsində sakinlərin müvəqqəti köçürülməsi, ərazinin köhnə tikililərdən təmizlənməsi və tikinti işlərinin aparılması davam etdirilmişdir. Bununla əlaqədar   60-dan çox təklifə baxılmış, 31 ünvanla bağlı layihə sənədləşmələri hazırlanaraq müvafiq qaydada razılaşdırılmış, 15 ünvanla bağlı köçürmə-söküntü və tikinti işlərinə başlanmışdır. Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar qanunvericiliklə nəzərdə tutulan şərtlərdən kənar, real olmayan istəkləri ilə tələblər irəli sürərək müraciətlər etmişlər. Bu məsələ ilə bağlı vətəndaşların müraciətlərinin qaunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmasına və onlara müvafiq izahatlar verilməsinə baxmayaraq çoxsaylı təkrar müraciətlər edilməsi halları davam etmişdir.

Hesbat dövründə vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqıt mərkəzində saxlanılmış, hər rübün yekununa görə ərizə və şikayətlər baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Adminimtsrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələblərinə  uyğun olaraq il ərzində işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.

Azərbaycan Respublikası Rrezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2017-ci ilin fevral ayında mərkəzi respublika qəzetlərində dərc edilmiş «Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır» başlığı ilə geniş məqaləsində vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələri, mövcud nöqsanların aradan qaldırılması istiqamətlərini müəyyənləşdirmişdir.  RİH və yerli strukturların məsul əməkdaşları tərəfindən məqalədə qeyd olunan tövsiyələr və irəli gələn vəzifələrlə bağlı görüləcək işlərin icrası təmin olunmuşdur.

Rayon ərazisində ardıcıl abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması  əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin sayının azalmasına səbəb olmuşdur.

2017-ci ildə rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytında yerləşdirilmişdir. Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. RİH Başçısı tərəfindən yerlərdə keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması və həlli ilə bağlı müvafiq tədbirlər görülmüşdür.

Vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara əsaslandırılmış izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır.  RİH Başçısı tərəfindən  yerlərdə keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması, müraciətlərə əsasən görüləcək işlərin müəyyənləşdirilməsi, rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanların səfərbər olunaraq həlli vacib məsələlərə yönəldilməsi işləri davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, hesabat yığıncaqlarında tənqidi qeydlərin icrasının vəziyyəti il ərzində nəzarətdə saxlanmış, irəli gələn vəzifələrin həlli istiqamətində zəruri tədbirlər görülməsi təmin edilmişdir. İnzibati binaları olmayan 1 və 3 nömrəli Sahə inzibati ərazi dairəsi nümayəndəliklərinin yerləşdirilməsi istiqamətində mütəmadi işlər aparılmış və 2017-ci ildə Rayon icra Hakimiyyətinin səyləri nəticəsində 20 yanvar küçəsi 19B ünvanda inzibati bina icarə qaydasında  1 nömrəli sahə İƏD üçün  ayrılmışdır.

Аzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə         10 yanvar 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı   nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

 

Keçidlər