Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Bizim rəqs dünyamız” adlı konserti keçirilmişdir

12 yanvar 2018 | 16:00

Yanvar ayının 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Təbəssüm” Uşaq-Musiqili Teatrının “Bizim rəqs dünyamız” adlı hesabat konserti keçirildi.

 Konsertdə “Rəqs” və “Vokal” dərnəyinin üzvlərinin ifasında milli və müasir rəqslərlə yanaşı dünya xalqlarının rəqsləri də nümayiş olunaraq, öz gözəlliyi və rəngarəngliyi ilə tamaşaçıların  alqışlarına səbəb oldu.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci  müavini Gülarə xanım Verdiyeva çıxış edərək öz xoş təəssüratlarını bölüşdü. Maraqlı konsert proqramına görə uşaqlara öz təşəkkürünü bildirdi və onlara yeni-yeni nailiyyətlər arzuladı.

Keçidlər