Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yeni Bravo Hipermarketi alıcıların istifadəsinə verildi

21 dekabr 2017 | 16:00

Bu ilin əvvəlində Əhmədli qəsəbəsində ilk hipermarket formatlı mağazasını istifadəyə verən BRAVO şəbəkəsi qısa zaman ərzində  müştərilərinin sevimlisinə çevrilib. Minimum qiymətə maksimum keyfiyyətli məhsul təklifləri ilə tanınan BRAVO şəbəkəsi əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Belə ki, dekabrın 21-də yeni BRAVO hipermarket “20 Yanvar” metro stansiyası yaxınlığında müştərilərinin ixtiyarına verildi.

Yerli və dünyanın dörd bir tərəfindən gətirilən təzə, təravətli qida və keyfiyyətli qeyri-qida malları, daim yenilənən zəngin çeşidi, əla qiymətləri, xüsusi təklifləri və promo kampaniyaları ilə məşhurlaşan BRAVO hipermarketdə alış-veriş etməkdən xüsusi zövq alacaqsınız. Bundan başqa marketlər şəbəkəsində BRAVO özəl ticarət markasına məxsus qida məhsullarını daima aşağı qiymətlərlə ala bilərsiniz.   

Keçidlər