Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda voleybol üzrə turnirə start verildi

04 dekabr 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin idman zalında  Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə turnirə start verildi. 4-7 dekabr 2017-ci il tarixdə keçirilən voleybol üzrə turnir təhsil müəssisələrinin idman klubları arasında təşkil edilmişdir. 

Qalib komandalar dekabrın 7-də müəyyənləşəcək və qaliblər Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqlar.

Keçidlər