Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon ictimaiyyəti 9 noyabr Bayraq gününü cəbhə bölgəsində əsgərlərlə birlikdə bayram sufrəsində qeyd etdilər

06 noyabr 2017 | 16:00

Cəbhə bölgəsində hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 9 noyabr–Bayraq günü  münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. 

Bayram tədbirində hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı, marş sədaları altında 100 metr uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olundu. Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır. 

Sonra respublikamızın  əməkdar artisti -  Yusif Mustafayev və populyar müğənni Əlikram Bayramovun  iştirakı ilə   hərbiçilərimiz üçün böyük   konsert proqramı təşkil olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.

Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar  hərbi hissədə xidmət edən əsgərlərə çatdırılmış,  məktublar  əsgərlərə xoş təəssürat bağışlamışdır. Bayram tədbirindən  sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon İcra Hakimiyyətinə  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər