Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 9 noyabr – Bayraq günü münasibəti ilə əsgərlərimizi təbrik etmişdir.

06 noyabr 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin  nümayəndə heyəti  9 noyabr – Bayraq günü münasibəti ilə  cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə getmişdir.

Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra  şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamişdır. Bayram tədbirində  hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı, marş sədaları altında 100 metr uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olundu.

Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır. 

Sonra respublikamızın əməkdar artisti Yusif Mustafayev və populyar müğənni  Əlikram Bayramovun  iştirakı ilə   hərbiçilərimiz üçün böyük   konsert proqramı təşkil olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.

Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar  hərbi hissədə xidmət edən əsgərlərə çatdırılmış,  məktublar  əsgərlərə xoş təəssürat bağışlamışdır.

Keçidlər