Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda T.Q.Şevçenkonun xatirəsi anılaraq abidəsi önünə gül qoyulmuşdur.

19 oktyabr 2017 | 16:00

19 oktyabr  2017-ci il tarixdə Azərbaycan  Respublikasında rəsmi səfərdə olan  Ukrayna  Baş Nazirinin  Birinci müavini, iqtisadi inkişaf və ticarət naziri S.İ.Kubivin  Nəsimi rayonu  ərazisində  Azadlıq  prospekti  və Bakıxanov küçələrinin kəsişməsində yerləşən Ukraynanın görkəmli şairi və ictimai xadimi T.Q.Şevçenkonun  xatirəsini anaraq  heykəli  önünə gül-çiçək dəstələri qoymuşdur.

Gül qoyma mərasimində Ukraynanın səfərdə olan nümayəndə heyətinin üzvləri, Ukraynanın  Azərbaycan Respubliikasındakı  fövqəladə  və  səlahiyyətli səfiri  Aleksandr Mişenko, Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının  müavini Qurban   İsmayılov  və  Ukraynanın  Azərbaycandakı   diasporunun  nümayəndələri iştirak etmişlər.

 Mərasimdən sonra Ukraynanın  Baş Nazirinin  Birinci müavini, iqtisadi inkişaf və ticarət naziri S.İ.Kubivin    və nümayəndə  heyətinin  üzvləri  Nəsimi rayonu  ərazisində  yerləşən Ukraynanın Azərbaycandakı diasporunun ofisində Ukrayna icmasının fəalları ilə görüş keçirmişdir.

 

Keçidlər