Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar”ın Şəki şəhərinin tarixi-mədəni abidələrinə ekskursiyaları təşkil edilmişdir.

29 iyul 2017 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər  İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.  
Düşərgədə məktəblilərin istirahəti üçün  maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil edilir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar. Daha sonra  Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.

Keçidlər