Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar”ın Şəki şəhərində düşərgədə əyləncəli istirahətləri

27 iyul 2017 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər  İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.  
Düşərgədə məktəblilərin istirahəti üçün  maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar təşkil edilir. Düşərgədə uşaqlar arasında futbol, voleybol, tennis, qol güləşi, bilyard və digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc İlhamçılar” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar.  Keçirilən bilik və  idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan edir.

Keçidlər