Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər

24 iyul 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahətlərinin maraqlı və yaddaqalan keçirilməsinin təşkili ilə bağlı silsilə  tədbirlər  davam edir.
Növbəti tədbir olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Şəki şəhər  İcra Hakimiyyəti ilə birgə layihəsi olan Şəki şəhərində  “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.
24 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin  yay istirahətlərinin  səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Şəki şəhərinə  yola salınma mərasimi  təşkil olunmuşdur.  Şəki şəhərində yaradılmış  yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 100 nəfər yeniyetmə-məktəbli yola salınmışdır.
Düşərgəyə yola salınan  məktəblilərin onların valideynlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən  Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Nəsimi rayon İcra Hakimiyyətinin  diqqət mərkəzində olacaq, burada uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. 
  Şəki  şəhərində yaradılmış “Gənc İlhamçılar”  düşərgəsinin təşkilati işləri həyata keçirilmiş, istirahətə göndərilən uşaqların  və onların valideynlərinin, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüşü keçirilmiş düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.
Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq,  istirahət günlərində şagirdlərin Şəki şəhərinin  görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar  təşkil ediləcək.
Məktəbli yeniyetmələr böyük sevinclə avtobuslarla  Şəki şəhərinə  yola düşmüşlər.
Yola düşməzdən əvvəl “Gənc İlhamçılar” Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

Keçidlər