Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar”ın düşərgədə əyləncəli istirahətləri

19 iyul 2017 | 16:00

     
Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.  
Düşərgədə məktəblilərin istirahəti üçün  maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar təşkil edilir. Həmçinin məktəblilərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Qubanın Qəçrəş kəndində məktəblilər üçün  əyləncəli tədbir- samovar çayı, dadlı şirniyyat süfrəsi təşkil edilmişdir. Məktəblilərin istirahətləri milli rəqslərimizlə davam etmişdir.

Keçidlər