Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları yarışları – Nəsimi rayonunda yerləşən Heydər Əliyev adına İdman Arenasında

22 may 2017 | 16:00

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları yarışları 50-dən çox ölkənin  3000-nə yaxın ən peşəkar  idmançılarının iştirakı ilə keçirilmişdir. Bu yarışlarda Azərbaycan  idmançıları 75 qızıl, 50 gümüş, 37 bürünc olmaqla, ümumilikdə 162  medalla İslamiadanı birinci yerdə başa çatdırmışlar.
Nəsimi rayonunda yerləşən Heydər Əliyev adına İdman Arenasında cüdo, sərbəst və yunan-roma güləşi üzrə  yarışlar keçirilmişdir. Bu yarışlarda  Azərbaycan idmançıları  uğurla  çıxış etmişlər.
Azərbaycan Respublikasının  Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva  və ailə üzvləri bu yarışların final qarşılaşmalarına baxıblar.
Heydər Əliyev adına İdman Arenasında keçirilən final yarışlarında qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və  IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva  təqdim etmişdir.

Keçidlər